
Acer Nitro GA341CUR W0 gaming monitoru təqdim edilib
Cihazlar+
16.05.2025
Emil Nəcəfov
Acer şirkəti Nitro GA341CUR W0 adlı yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru gamerlər ilə yanaşı multimedia kontenti yaradıcıları üçün də nəzərdə tutulub. Beləliklə Acer Nitro GA341CUR W0 monitoru 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB Type-C, USB 2.0 girişlərini və 5 vatt gücündə iki ədəd səsgücləndiricini əldə edib. Acer Nitro GA341CUR W0-ın nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kompakt ölçülü Acer Predator Helios Neo 14 AI gaming noutbuku təqdim edilib - QİYMƏTİ

Kompakt ölçülü Acer Predator Helios Neo 14 AI gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Acer şirkəti Acer Predator Triton 14 AI ilə kifayətlənməyərək daha bir gaming noutbukunu təqdim edib. Bu dəfə söhbət, Acer Predator Helios Neo 14 AI adlı kompakt ölçülü modeldən gedir.
Acer Predator Triton 14 AI gaming noutbuku təqdim edilib - QİYMƏTİ

Acer Predator Triton 14 AI gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Acer şirkəti yeni gaming noutbukunu təqdim edib. Şirkətin yeni gaming noutbuku Acer Predator Triton 14 AI adlanır. Bu noutbuk gamerlər ilə yanaşı həmçinin multimedia kontentlərinin yaradıcıları üçün də nəzərdə tutulub.
Acer Nitro XV240 F6 gaming monitoru təqdim olunub - QİYMƏTİ

Acer Nitro XV240 F6 gaming monitoru təqdim olunub - QİYMƏTİ
Acer şirkəti Acer Predator XB323QK V4 ilə kifayətlənməyərək daha bir gaming monitorunu təqdim edib. Şirkətin ikinci yeni gaming monitoru Acer Nitro XV240 F6 adlanır.
Acer Predator XB323QK V4 gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer Predator XB323QK V4 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Acer şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Acer Predator XB323QK V4 adlanır.
Acer Predator X32 X2 flaqman gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer Predator X32 X2 flaqman gaming monitoru təqdim edilib - QİYMƏTİ
Acer şirkəti böyük ölçülü yeni flaqman gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru Acer Predator X32 X2 adlanır.
Həftənin xəbərləri

