main-post-cover

    AirPods-lar nitqin sinxron tərcüməsi imkanını əldə edəcəklər

    Cihazlar+
    14.03.2025
    Emil Nəcəfov
         Bloomberg-in nüfuzlu insayderi Mark Gurman, AirPods istifadəçilərini sevindirəcək maraqlı bir xəbər paylaşıb. Apple, AirPods qulaqlıqları üçün elan olunmamış sinxron nitq tərcüməsi funksiyası üzərində aktiv çalışır. Gurman-ın məlumatına görə, bu funksiya iOS 19 yeniləməsinin bir hissəsi olacaq və onun istifadəsi üçün yeni qulaqlıqlar almaq tələb olunmayacaq. Bu texnologiya belə işləyəcək: AirPods istifadəçisinə yad dildə müraciət edildikdə, o, qulaqlığında həmin nitqin tərcüməsini eşidəcək.
         İstifadəçi öz ana dilində cavab verə biləcək və iPhone onun cavabını avtomatik olaraq qarşı tərəfin dilinə çevirərək səsləndirəcək. Bu texnologiya artıq bəzi naqilsiz qulaqlıqlarda, məsələn, Google Pixel Buds-da tətbiq olunur, lakin Apple üçün bu, ilk təcrübə olacaq. Hələlik AirPods-un sinxron tərcümə funksiyasının hansı dilləri dəstəkləyəcəyi bilinmir. Gözlənilir ki, iOS 19 yeniləməsi iyun ayında Worldwide Developers Conference (WWDC) tədbirində təqdim ediləcək və ilin sonuna qədər yayımlanacaq.
    Mənbə: Bloomberg
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple servislərində backdoor-un yerləşdirilməsi mövzusunda Böyük Britaniya və ABŞ rəsmiləri danışıqlar aparıblar
    apple-servislerinde-backdoor-un-yerlesdirilmesi-movzusunda-boyuk-britaniya-ve-abs-resmileri-danisiqlar-apariblar
    Apple və Google mobil brauzerlərin inkişaflarına mane olurlar
    apple-ve-google-mobil-brauzerlerin-inkisaflarina-mane-olurlar
    Apple bu il öz əməliyyat sistemlərində irimiqyaslı dizayn dəyişikliyini reallaşdıracaq
    apple-bu-il-oz-emeliyyat-sistemlerinde-irimiqyasli-dizayn-deyisikliyini-reallasdiracaq
    Apple ağıllı eynək hazırlamaq cəhdindən imtina etməyib
    apple-agilli-eynek-hazirlamaq-cehdinden-imtina-etmeyib
    Avropa Birliyi, Apple ilə Meta-nı cərimələməyə hazırlaşır
    avropa-birliyi-apple-ile-meta-ni-cerimelemeye-hazirlasir