main-post-cover

    AirPods Pro 3 ürək döyüntülərini izləyə biləcək

    Cihazlar+
    26.08.2025
    Emil Nəcəfov
         Şəbəkə mənbələrinin məlumatına görə, Apple şirkəti bu il yeni AirPods Pro 3 naqilsiz qulaqlığını təqdim edəcək və əsas yeniliklərdən biri istifadəçinin ürək döyüntüsünü izləmə funksiyasının dəstəklənməsi olacaq. Bu fikri Bloomberg-in məşhur insayderi Mark Gurman səsləndirib. “Apple-ın digər cihazlarına gəlincə, payızda onların sayı çox olacaq, amma əsasən mərhələli yeniliklərdən ibarət olacaq. Apple Watch, Vision Pro M5 prosessorlu iPad Pro yenilənəcək. Siz həmçinin yeni AirPods Pro qulaqlığının (bu ilin əvvəlində mən Apple-ın ürək döyüntüsünü izləmə funksiyasına malik yeni qulaqlıq üzərində işlədiyini qeyd etmişdim) və eləcə də HomePod Apple TV-nin təqdim olunmasını gözləməlisiniz” - deyə Gurman-ın son açıqlamasında bildirilir.
         Xatırladaq ki, bu il Apple Powerbeats Pro 2 modelində ürək döyüntüsünü izləmə funksiyasını istifadəyə verib. Hər iki qulaqlıq qulağa taxıldıqda və uyğun seçim aktivləşdirildikdə, optik sensorlar saniyədə 100-dən çox impuls göndərərək ürək döyüntülərini ölçür. Bu funksiya məşq zamanı məlumatların toplanması üçün məşhur fitnes tətbiqlərinə inteqrasiya olunur və iPhone-dakı Apple Health tətbiqi ilə sinxronlaşdırılır. Qeyd olunan Powerbeats Pro 2 funksiyası Apple Watch-dakı analoqu ilə eyni prinsiplə işləyir.
         İstifadəçi eyni anda həm Powerbeats Pro 2, həm də Apple Watch-dan istifadə etdikdə, tətbiq standart olaraq smart saatdan gələn məlumatları təhlil edir. Böyük ehtimalla, yeni AirPods Pro modelində də ürək döyüntüsünü izləmə funksiyası oxşar şəkildə işləyəcək. Gözlənilir ki, AirPods Pro 3 modelində səs keyfiyyəti yaxşılaşdırılacaq və səs-küyü azaltma sistemi gücləndiriləcək. Hazırda aktual olan AirPods Pro 2 isə 2022-ci ilin sentyabrında təqdim olunub, 2023-cü ilin sentyabrında müxtəlif rəng variantlarında hazırlanmış USB Type-C interfeysli şarj keysi ilə yenilənib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk Apple və OpenAI-ya qarşı yeni məhkəmə iddiası qaldırıb
    elon-musk-apple-ve-openai-ya-qarsi-yeni-mehkeme-iddiasi-qaldirib
    Qatlana bilən iPhone-nun neçə ədəd kameraya sahib olacağı açıqlanıb
    qatlana-bilen-iphone-nun-nece-eded-kameraya-sahib-olacagi-aciqlanib
    Yaxın zamanda AirPods Max-ın yenilənməsi gözlənilmir
    yaxin-zamanda-airpods-max-in-yenilenmesi-gozlenilmir
    Yenilənmiş Apple Siri-nin əsasını Google Gemini təşkil edə bilər
    yenilenmis-apple-siri-nin-esasini-google-gemini-teskil-ede-biler
    Qutusu açılmamış birinci nəsil iPod hərracda rekord qiymətə satılıb
    qutusu-acilmamis-birinci-nesil-ipod-herracda-rekord-qiymete-satilib