main-post-cover

    Yaxın zamanda AirPods Max-ın yenilənməsi gözlənilmir

    Cihazlar+
    25.08.2025
    Emil Nəcəfov
         Apple-ın naqilsiz qulaqlıqlarını təkmilləşdirmək istəyi danılmazdır, lakin bu istiqamətdəki səylər adətən AirPods modellərinə yönəldilir. Bu arada, AirPods Max artıq 5 ildir ki, demək olar, heç bir dəyişiklik olmadan mövcuddur və potensial alıcılar onun tezliklə yenilənəcəyinə ümid bəsləməməlidirlər. Bununla belə, Bloomberg-in məşhur insayderi Mark Gurman qeyd edir ki, yaxşı xəbər də var: AirPods Max kifayət qədər məşhurdur. Nəticədə Apple onun istehsalını dayandırmır. Pis xəbər isə budur ki, onun məşhurluğu ənənəvi AirPods modelləri fonunda o qədər də yüksək deyil və bu, Apple üçün üst modelin təkmilləşdirilməsinə sərf ediləcək səyləri əsaslandırmır.
         Son zamanlarda AirPods Max üçün yeganə yeniləmə USB-C portunun əlavə edilməsi olub, lakin bu da yalnız Avropa qanunvericiliyinə uyğun olaraq modelin bazarda qalması üçün tələb olunurdu.. Bloomberg-in izahına görə, AirPods Max sevənlər gələcəkdə qulaqlığın ciddi yenilənməsini gözləməməlidirlər, çünki Apple bu seqmentdə resurslarını daha çox ənənəvi AirPods modellərin və digər cihazlarının akustik sistemlərinin təkmilləşdirilməsinə yönəltməyi üstün tutur. Digər taxıla bilən cihazlarla müqayisədə AirPods Max bu baxımdan bir növ “uzunömürlülər” kimi görünməyə başlayır. Bununla belə, 500$-dan yuxarı qiymətə baxmayaraq, o, hazırkı görkəmində alıcılarını tapmaqda davam edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yenilənmiş Apple Siri-nin əsasını Google Gemini təşkil edə bilər
    yenilenmis-apple-siri-nin-esasini-google-gemini-teskil-ede-biler
    Qutusu açılmamış birinci nəsil iPod hərracda rekord qiymətə satılıb
    qutusu-acilmamis-birinci-nesil-ipod-herracda-rekord-qiymete-satilib
    Meta qadağaya baxmayaraq gizli şəkildə iPhone istifadəçilərinin məlumatlarını yığıb
    meta-qadagaya-baxmayaraq-gizli-sekilde-iphone-istifadecilerinin-melumatlarini-yigib
    Böyük Britaniya Apple-dan iCloud-da backdoor-un yerləşdirilməsinin tələbindən imtina edib
    boyuk-britaniya-apple-dan-icloud-da-backdoor-un-yerlesdirilmesinin-telebinden-imtina-edib
    Apple gələn ildən başlayaraq adi iPhone modelindən imtina edə bilər
    apple-gelen-ilden-baslayaraq-adi-iphone-modelinden-imtina-ede-biler