
AOC AGON Pro AG276QKD2 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
19.09.2025
Emil Nəcəfov
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON Pro AG276QKD2 adlanır. Bu yeni monitor yüksək təsvir yenilənməsi ilə seçilir. Beləliklə monitor 500 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 99%-ni əhatə edir. Monitor özündə Adaptive-Sync və AMD FreeSync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1, USB 3.2 Gen 1 Type-A, USB 3.2 Gen 1 Type-B girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 5 vatt gücündə iki ədəd səsgücləndiricini əldə edib. AOC AGON Pro AG276QKD2 yaxın zamanda 917$ qiymətində satışa çıxacaq.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
AOC Q27G51F gaming monitoru təqdim edilib - QİYMƏTİ

AOC Q27G51F gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Q27G51F adlanır.
AOC 25G4K gaming monitoru təqdim edilib - QİYMƏTİ

AOC 25G4K gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC 25G4K adlanır.
Orta büdcəli AOC U32V11N monitoru təqdim edilib - QİYMƏTİ

Orta büdcəli AOC U32V11N monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti müxtəlif işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş yeni orta büdcəli monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru AOC U32V11N adlanır.
Büdcəli AOC 24G51F gaming monitoru təqdim edilib - QİYMƏTİ

Büdcəli AOC 24G51F gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti öz yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC 24G51F adlanır. Bu monitor ilk növbədə yüksək təsvir yenilənməsi ilə dəqiq rəng ötürülməsinə ehtiyac duyan, lakin aşağı qiymətə variant axtaran istifadəçilər üçün nəzərdə tutulub.
AOC Agon Pro AG326UZD gaming monitoru təqdim edilib

AOC Agon Pro AG326UZD gaming monitoru təqdim edilib
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Agon Pro AG326UZD adlanır.
Həftənin xəbərləri

