Apple Avropada yeni MacBook Pro-nun komplektinə şarj adapterini daxil etməyib
Cihazlar+
16.10.2025
Emil Nəcəfov
     Apple onlayn mağazasındakı məlumata görə, yeni 14 düym ölçülü ekrana sahib M5 prosessorlu MacBook Pro noutbuku Avropa ölkələrində - o cümlədən Böyük Britaniya, İrlandiya, Almaniya, İtaliya, Fransa, İspaniya, Niderland, Norveç və digər ölkələrdə - şarj adapteri ilə birlikdə təqdim edilmir. ABŞ-da və Avropadan kənar bütün digər ölkələrdə isə yeni MacBook Pro 70 vatt gücündə USB Type-C şarj adapteri ilə birlikdə satılır. Son bir neçə il ərzində Apple bir çox məhsullarını şarj adapteri olmadan təqdim etməyə başlayıb və bunu qənaət məqsədi ilə deyil, ətraf mühitin qorunmasına yönəlmiş strategiya kimi izah edib. Bundan əlavə, Avropa Birliyinin yeni qaydaları elektron tullantıların utilizasiyası prosesini daha da sərtləşdirib. Avropada 14 düym ekranlı MacBook Pro komplektinə yalnız USB Type-C - MagSafe 3 naqili daxildir. Məsələn, Almaniyada 70 vatt gücündə USB Type-C şarj adapterinin qiyməti 65 avro təşkil edir.
Linki kopyala
apple
macbook pro
apple macbook pro
apple macbook pro 2025
apple macbook pro m5
macbook pro 2025
macbook pro m5
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple M5 prosessorlu yenilənmiş Vision Pro təqdim edilib - QİYMƏTİ
Apple M5 prosessorlu yenilənmiş Vision Pro təqdim edilib - QİYMƏTİ
Yeni iPad Pro və M5 prosessorlu MacBook Pro ilə yanaşı, Apple Vision Pro qarışıq reallıq cihazının yenilənmiş versiyasını təqdim edib. Yenilənmiş versiya indi yeni Apple M5 prosessoru üzərində qurulub və bu, cihazın ümumi performansını əhəmiyyətli dərəcədə artırıb.
Apple M5 prosessorlu yeni iPad Pro planşeti təqdim olunub - QİYMƏTİ
Apple M5 prosessorlu yeni iPad Pro planşeti təqdim olunub - QİYMƏTİ
Yenilənmiş MacBook Pro noutbuku ilə yanaşı, Apple həmçinin yeni prosessoru ilər təchiz edilmiş yeni nəsil iPad Pro planşetini rəsmi şəkildə təqdim edib.
Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
Apple şirkəti yeni MacBook Pro noutbukunu təqdim edib. Təqdim edilmiş yeni MacBook Pro modeli şirkətin yeni M5 prosessoru vasitəsilə çalışır. Şirkət bildirib ki, M5 prosessoru sayəsində yeni MacBook Pro süni intellektin Mac kompüterlərində tətbiqi mövzusunda irəli addımdır.
Apple mətnləri digər analoqlardan 128 dəfə daha sürətlə tərtib edən süni intellekt modeli yaradıb
Apple mətnləri digər analoqlardan 128 dəfə daha sürətlə tərtib edən süni intellekt modeli yaradıb
Apple və Ohayo Ştat Universiteti tədqiqatçıları Few-Step Discrete Flow-Matching (FS-DFM) adlı yeni diffuziya modelini yaradıblar. Bu model oxşar sistemlərdən 128 dəfə daha sürətli şəkildə mətn yarada bilir.
Qatlana bilən iPhone-nun qiyməti düşünüldüyündən aşağı olacaq
Qatlana bilən iPhone-nun qiyməti düşünüldüyündən aşağı olacaq
Analitiklərin proqnozlarına əsasən, Apple ilk qatlana bilən smartfonunu - şərti adı iPhone Fold - 2026-cı ilin ikinci yarısında təqdim edəcək. Gözlənilir ki, bu, şirkətin tarixindəki ən bahalı iPhone olacaq.
Həftənin xəbərləri