Apple M5 prosessorlu yenilənmiş Vision Pro təqdim edilib - QİYMƏTİ
Cihazlar+
15.10.2025
Emil Nəcəfov
     Yeni iPad Pro və M5 prosessorlu MacBook Pro ilə yanaşı, Apple Vision Pro qarışıq reallıq cihazının yenilənmiş versiyasını təqdim edib. Yenilənmiş versiya indi yeni Apple M5 prosessoru üzərində qurulub və bu, cihazın ümumi performansını əhəmiyyətli dərəcədə artırıb. Yenilənmiş versiya, həmçinin istifadəçinin uzunmüddətli rahatlığı üçün nəzərdə tutulan Dual Knit Band adlı yeni kəmərlə təchiz olunub. Apple-ın açıqlamasına görə, M5 prosessoru birinci nəsil Apple Vision Pro ilə müqayisədə diqqətəlayiq məhsuldarlıq artımı təmin edir. Bunun sayəsində şirkət təkmilləşdirilmiş micro-OLED ekranlardan istifadə edə bilib - yeni ekranlarda piksel sıxlığı 10% artıb, həmçinin təsvirin yenilənmə tezliyi 100 Hz-dən 120 Hz-ə yüksəldilib.
     İstehsalçı daha aydın detallılıq, daha axıcı təsvir və bulanıqlığın azaldılmasını vəd edir. Yeni M5 prosessoru həmçinin 16 nüvəli neyron sürətləndiricisi ilə təchiz olunub, bu da süni intellekt əsaslı funksiyaların - xüsusən fotonun və ya məkan səhnələrinin render olunması zamanı - 50%-ə qədər daha sürətli işləməsinə imkan verir. Apple iddia edir ki, yeni prosessor üçüncü tərəf tətbiqlərinin performansını da ikiqat artırır. Apple-ın açıqlamasına görə, Dual Knit Band adlı yeni başlıq kəməri daha da rahat oturuş təmin edir. Dual Knit Band S, M və L ölçülərində mövcuddur, ayrıca alınır və əvvəlki nəsil Apple Vision Pro ilə də tam uyğun gəlir. İstifadəçilər uyğun ölçünü iPhone üçün Apple Store tətbiqi vasitəsilə seçə bilərlər.
     Apple-ın açıqlamasında deyilir: “Yuxarı və aşağı kəmərlər 3D toxuma üsulu ilə tək parça kimi hazırlanıb. Bu, unikal ikili qabırğa quruluşu yaradır və bu struktur yumşaqlıq, hava keçiriciliyi və elastiklik təmin edir. Aşağı kəmərdə isə volfram əlavəli çevik parça qabırğalar var, bunlar balans, sabitlik və əlavə rahatlıq üçün əks çəki rolunu oynayır. İki funksiyalı Fit Dial tənzimləyicisi isə istifadəçiyə kəməri dəqiqliklə tənzimləyərək ideal oturuş əldə etməyə imkan verir”. Yenilənmiş Apple Vision Pro 256 GB, 512 GB və 1 TB yaddaş variantlarında təqdim olunur. Cihaz artıq Avstraliya, Kanada, Fransa, Almaniya, Honkonq, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ-da ön sifariş üçün əlçatandır. Satışlar 22 oktyabrda başlayacaq. ABŞ-da cihazın başlanğıc qiyməti 3499$ olaraq qalır - bu da birinci nəsil Vision Pro-nun qiyməti ilə eynidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple M5 prosessorlu yeni iPad Pro planşeti təqdim olunub - QİYMƏTİ
Apple M5 prosessorlu yeni iPad Pro planşeti təqdim olunub - QİYMƏTİ
Yenilənmiş MacBook Pro noutbuku ilə yanaşı, Apple həmçinin yeni prosessoru ilər təchiz edilmiş yeni nəsil iPad Pro planşetini rəsmi şəkildə təqdim edib.
Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
Apple şirkəti yeni MacBook Pro noutbukunu təqdim edib. Təqdim edilmiş yeni MacBook Pro modeli şirkətin yeni M5 prosessoru vasitəsilə çalışır. Şirkət bildirib ki, M5 prosessoru sayəsində yeni MacBook Pro süni intellektin Mac kompüterlərində tətbiqi mövzusunda irəli addımdır.
Apple mətnləri digər analoqlardan 128 dəfə daha sürətlə tərtib edən süni intellekt modeli yaradıb
Apple mətnləri digər analoqlardan 128 dəfə daha sürətlə tərtib edən süni intellekt modeli yaradıb
Apple və Ohayo Ştat Universiteti tədqiqatçıları Few-Step Discrete Flow-Matching (FS-DFM) adlı yeni diffuziya modelini yaradıblar. Bu model oxşar sistemlərdən 128 dəfə daha sürətli şəkildə mətn yarada bilir.
Qatlana bilən iPhone-nun qiyməti düşünüldüyündən aşağı olacaq
Qatlana bilən iPhone-nun qiyməti düşünüldüyündən aşağı olacaq
Analitiklərin proqnozlarına əsasən, Apple ilk qatlana bilən smartfonunu - şərti adı iPhone Fold - 2026-cı ilin ikinci yarısında təqdim edəcək. Gözlənilir ki, bu, şirkətin tarixindəki ən bahalı iPhone olacaq.
Apple-ın ağıllı eynəyi qoşulacağı cihazdan asılı olaraq müxtəlif rejimdə çalışacaq
Apple-ın ağıllı eynəyi qoşulacağı cihazdan asılı olaraq müxtəlif rejimdə çalışacaq
Apple-ın daxili ekrana malik ağıllı eynəyi sinxronlaşdırıldığı qurğudan asılı olaraq müxtəlif rejimlərdə işləyə biləcək. Mac kompüterinə qoşulduqda bir rejim, iPhone ilə sinxronlaşdırıldıqda isə başqa rejim aktiv olacaq.
Həftənin xəbərləri