Bloomberg saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti 2025-ci ildən başlayaraq öz cihazlarında fərdi Bluetooth və Wi-Fi çiplərindən istifadə edəcək. Məlumatda qeyd edilib ki, çiplərdən biri Proxima kod adına sahibdir və o, bəzi Apple cihazlarında Broadcomm şirkətinin komponentlərini əvəz edəcək. Nəticədə Apple şirkəti Broadcomm-dan asılılığını azaldacaq. Məlumata əsasən sözügedən çip ilk növbədə iPhone 17, Apple TV, HomePod mini cihazlarına inteqrasiya ediləcək.
2026-cı ildə isə çipin iPad planşetlərinə və Mac kompüterlərinə inteqrasiya ediləcəyi gözlənilir. Bloomberg bildirib ki, Apple üstəlik çipi hazırladığı fərdi 5G modem ilə birləşdirmək istəyir. Nəticədə şirkət inteqrasiya edilmiş vahid ekosistemə sahib ola bilər. Bununla belə şirkət Broadcomm ilə əməkdaşlıqdan tam şəkildə imtina etmək niyyətində deyil Belə ki, Broadcomm-un modemlər üçün nəzərdə tutulmuş radio tezlik filtrlərinin Apple cihazlarında istifadəsi davam etdiriləcək.