main-post-cover

    Apple-ın ağıllı eynəyi qoşulacağı cihazdan asılı olaraq müxtəlif rejimdə çalışacaq

    Cihazlar+
    13.10.2025
    Emil Nəcəfov
         Apple-ın daxili ekrana malik ağıllı eynəyi sinxronlaşdırıldığı qurğudan asılı olaraq müxtəlif rejimlərdə işləyə biləcək. Mac kompüterinə qoşulduqda bir rejim, iPhone ilə sinxronlaşdırıldıqda isə başqa rejim aktiv olacaq. Bu barədə Bloomberg insayderi Mark Gurman məlumat verib. Gurman-ın açıqlamasına görə, gələcəkdə təqdim ediləcək Apple ağıllı eynəyi Mac kompüterləri ilə qoşulduqda tam versiyalı visionOS əməliyyat sistemi ilə işləyəcək. Əgər istifadəçi eynəyi iPhone ilə istifadə edərsə, o zaman mobil cihazlar üçün optimallaşdırılmış daha yüngül və sadə interfeys aktiv olacaq. Gözlənilir ki, Apple-ın bu smar­t eynəyi bazarda Meta Ray-Ban eynəkləri ilə rəqabət aparacaq. Bu eynəklərin qiyməti 799$-dan başlayır. Lakin Gurman daha əvvəl bildirmişdi ki, Apple-ın ilk nəsil ağıllı eynəyi ekranla təchiz olunmayacaq. Onun yeni hesabatında isə qeyd olunur ki, cihazda səs üçün səsgücləndiricilər, foto və video çəkmək üçün kameralar, səsli əmrlərlə idarəetmə imkanı, həmçinin istifadəçinin sağlamlıq vəziyyətinə nəzarət üçün tibbi funksiyalar ola bilər. Gözlənilir ki, Apple-ın ilk ağıllı eynəyi 2026-cı ildə təqdim ediləcək və satışa 2027-ci ildə çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Clips video redaktor tətbiqinin dəstəyini dayandırıb
    apple-clips-video-redaktor-tetbiqinin-desteyini-dayandirib
    Apple öz sistemlərində ən kritik boşluqları aşkar edənə 5 milyon dollar mükafat verəcək
    apple-oz-sistemlerinde-en-kritik-bosluqlari-askar-edene-5-milyon-dollar-mukafat-verecek
    Apple süni intellekti pirat kitablar vasitəsilə təlimatlandırdığı üçün məhkəməyə verilib
    apple-suni-intellekti-pirat-kitablar-vasitesile-telimatlandirdigi-ucun-mehkemeye-verilib
    Apple yeni reklam çarxında Windows-un “mavi ölüm ekranı”nı ələ salıb (VİDEO)
    apple-yeni-reklam-carxinda-windows-un-mavi-olum-ekranini-ele-salib-video
    Fransada Apple istifadəçilərinin Siri üzərindən dinlənilməsi barəsində istintaqa start verilib
    fransada-apple-istifadecilerinin-siri-uzerinden-dinlenilmesi-baresinde-istintaqa-start-verilib