
Apple Vision Air-in hazırlanma prosesi sürətləndirilib
Cihazlar+
29.04.2025
Emil Nəcəfov
Apple yeni nəsil qarışıq reallıq (AR + VR) cihazı Vision Air-in hazırlanmasını sürətləndirir. Bu cihaz Vision Pro modelinin daha yüngül və ucuz alternativi olacaq və artıq bu ilin sonunda təqdim oluna bilər - bəlkə də mövcud modelin əsas çatışmazlıqlarını aradan qaldırmaq məqsədilə. 9to5Mac saytının məşhur insayder Mark Gurman-a istinadən verdiyi məlumata görə, Apple hazırda Vision Pro-nun iki davamçı modeli üzərində fəal şəkildə çalışır - biri tamamilə müstəqil sadələşdirilmiş versiya, digəri isə yüksək məhsuldarlıq tələb edən tapşırıqlar üçün Mac-a qoşulan model olacaq.

Gurman bildirib: “Bütün əlamətlər göstərir ki, yüngülləşdirilmiş versiya bu ilin sonu ilə 2026-cı ilin ilk yarısı arasında təqdim olunacaq”. Vision Pro-nun zəif satış göstəricilərinə baxmayaraq, Apple bu məhsulun inkişafından imtina etmək niyyətində deyil. Əsas sual budur ki, Vision Air hazırkı modelin tam əvəzləyicisi olacaq, yoxsa sadəcə daha büdcə dostu bir alternativ kimi çıxış edəcək? Əvvəllər şirkətin planları qeyri-müəyyən olsa da, indi yeni cihazın çıxışı daha real görünür. Eyni zamanda analitiklər Vision Air-in sürətlə hazırlanmasını Vision Pro-ya olan aşağı tələbatla əlaqələndirirlər.
Başlığın baha olması və ağır çəkisi bir çox alıcıları uzaqlaşdırıb və indi Apple bu çatışmazlıqları yeni versiyada aradan qaldırmağa çalışır. Lakin qiymətin aşağı salınması üçün Vision Air modelində konkret olaraq nəyin sadələşdiriləcəyi hələ də məlum deyil. Məsələn, Vision Air-də yüksək keyfiyyətli ekranlar və EyeSight funksiyası qorunacaqmı? Maraqlıdır ki, Vision Air-in mümkün təqdimatı payızda baş tuta bilər və bu da Apple-ın qarışıq rezallıq cihazına marağı yenidən artırmaq üçün visionOS 3 əməliyyat sisteminin böyük yeniləməsi ilə üst-üstə düşə bilər. Əgər Apple-ın planları gerçəkləşsə, 2025-ci il Air seriyasının yüksəliş ili olacaq, çünki Vision Air-dən əlavə M4 prosessorlu MacBook Air, iPhone 17 Air və M3 prosessorlu iPad Air modellərinin də təqdimatı gözlənilir.
Mənbə: 9to5mac
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple gələn il iPhone 17e-ni təqdim edib-etməyəcəyinə hələ qərar verməyib

Apple gələn il iPhone 17e-ni təqdim edib-etməyəcəyinə hələ qərar verməyib
Bu ilin mart ayında Apple yeni iPhone 16e smartfonunu təqdim etdi. Bu smartfon iPhone SE modelini əvəz etdi, lakin digər iPhone modelləri ilə eyni nömrələnməni aldığı üçün belə bir sual yarandı: Apple hər il yeni bir "e" modeli təqdim edəcəkmi?
Apple AR funksiyalara sahib olmayacaq ağıllı eynək üzərində çalışır

Apple AR funksiyalara sahib olmayacaq ağıllı eynək üzərində çalışır
Bloomberg-in məşhur insayderi Mark Gurman-ın son dərc olunmuş məlumatına görə, Apple N50 kod adı altında öz ağıllı eynəyi üzərində fəal şəkildə çalışır. Cihaz ətraf mühiti analiz etmək üçün Apple Intelligence süni zəkasından istifadə edəcək.
iPhone 18 seriyasında bütün modellər 12 GB RAM-ı əldə edə bilərlər

iPhone 18 seriyasında bütün modellər 12 GB RAM-ı əldə edə bilərlər
Son məlumata görə, Apple yalnız bəzi iPhone 17 modellərində operativ yaddaşın (RAM) həcmini 12 GB-a qədər artırmağı planlaşdırır.
Nazik gövdəli iPhone 17 Air-in yeni maketi sərgilənib (VİDEO)

Nazik gövdəli iPhone 17 Air-in yeni maketi sərgilənib (VİDEO)
Apple, iPhone 17, iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri ilə birlikdə təqdim ediləcək son dərəcə nazik iPhone 17 Air modeli üzərində çalışır.
Avropa Birliyi Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro məbləğində cərimələyib

Avropa Birliyi Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro məbləğində cərimələyib
Apple və Meta Avropa Birliyinin Rəqəmsal Bazarlar Aktına (Digital Markets Act - DMA) zidd hərəkət etdiklərinə görə cərimələnmiş ilk şirkətlər olublar.
Həftənin xəbərləri

