main-post-cover

    Nazik gövdəli iPhone 17 Air-in yeni maketi sərgilənib (VİDEO)

    Cihazlar+
    23.04.2025
    Emil Nəcəfov
         Apple, iPhone 17, iPhone 17 Pro iPhone 17 Pro Max modelləri ilə birlikdə təqdim ediləcək son dərəcə nazik iPhone 17 Air modeli üzərində çalışır. Unbox Therapy adlı YouTube kanalından Lewis Hilsenteger yeni maketləri nümayiş etdirib və bu, ultra nazik iPhone 17 Air-in necə görünəcəyi barədə daha aydın təsəvvür yaradır. Proqnozlara görə, iPhone 17 Air-in qalınlığı təxminən 5.5 mm olacaq ki, bu da onu indiyədək istehsal olunmuş ən nazik iPhone edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 17 Pro-nun qalınlığı təxminən 8.7 mm ola bilər.
         İnsayderlər iPhone 17 Air-in son dərəcə nazik olmasına diqqət çəkərək bildirirlər ki, bu cür minimalist dizayn cihazın bükülməyə meyilli olmasına səbəb ola bilər. Şayiələrə görə, Apple cihazın dayanıqlığını artırmaq və bükülməsinin qarşısını almaq üçün titan-alüminium gövdədən istifadə edəcək. Bu, xüsusilə vacibdir, çünki 2014-cü ildə iPhone 6 Plus-ın cibdə əyilməsi insidentindən sonra şirkət cihazlarının möhkəmliyinə daha ciddi yanaşmağa başlayıb.
         Apple, cihazın deformasiyaya daha meyilli olacağından ehtiyatlanaraq iPhone 17 Air modelində ekran ölçüsünü 6.6 düym ilə məhdudlaşdırmaq qərarına gəlib. Əvvəlcə iPhone 17 Pro Max-a bənzər 6.9 düym-lük ekran planlaşdırılırdı. Batareyanın işləmə müddəti ilə bağlı olaraq, bloqer nazik dizayna görə narahatlığını ifadə edib. Lakin Apple boş kameraları çıxarmaqla cihazdakı məkanı optimallaşdırmağa nail olub və bununla yanaşı, səmərəli C1 modemindən və optimallaşdırılmış proqram təminatından istifadə edərək batareyanın istifadə müddətini mövcud modellərlə eyni səviyyədə saxlaya bilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Avropa Birliyi Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro məbləğində cərimələyib
    avropa-birliyi-apple-i-500-milyon-avro-meta-ni-ise-200-milyon-avro-mebleginde-cerimeleyib
    2 nanometrlik prosessor səbəbilə iPhone 18 Pro-nun qiymətində artım ola bilər
    2-nanometrlik-prosessor-sebebile-iphone-18-pro-nun-qiymetinde-artim-ola-biler
    Apple Çin bazarını itirməyə davam edir
    apple-cin-bazarini-itirmeye-davam-edir
    Meta Facebook, WhatsApp və Threads-də Apple Intelligence imkanlarını deaktiv edib
    meta-facebook-whatsapp-ve-threads-de-apple-intelligence-imkanlarini-deaktiv-edib
    Apple Vision Pro-nun Vision Air adlı nazik gövdəli davamçısı üzərində çalışmış ola bilər
    apple-vision-pro-nun-vision-air-adli-nazik-govdeli-davamcisi-uzerinde-calismis-ola-biler