Apple Vision Pro-nun birinci partiyası bir saat ərzində satılıb
Cihazlar+
22.01.2024
Emil Nəcəfov
19 yanvar tarixində ABŞ-da Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının ön sifarişlərinə start verildi. Məlum olub ki, ön sifarişə start veriləndən sonra Vision Pro-nun ilk partiyası sürətlə tükənib. Qeyd etmək lazımdır ki, Vision Pro-nun ön sifarişini Apple rəsmi saytı üzərindən və ya Apple Store mağazaları vasitəsilə reallaşdırmaq olar. Vision Pro 3 versiyada təqdim olunur və onlar öz aralarında yalnız daxili yaddaş həcmi ilə fərqlənirlər. 256 GB yaddaşa sahib versiya 3500$-a, 512 GB yaddaşa sahib versiya 3700$-a, 1 TB yaddaşa sahib versiya isə 3900$-a satılır. Vision Pro-nun satışlarına 2 fevral tarixində start veriləcək və o, ilk növbədə yalnız ABŞ bazarında satılacaq. Məlumata əsasən şirkət ön sifarişlərə start verəndən sonra cihazın ilk partiyası 1 saat ərzində satılıb. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən birinci partiyaya 60 000-80 000 ədəd Vision Pro daxil olmalı idi. Lakin bu barədə rəsmi bir məlumat yoxdur. Vision Pro-nun beynəlxalq bazarda iyun ayına kimi satışa çıxacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple iPhone-dakı NFC funksiyasını kənar ödəniş sistemləri üçün açmaq qərarını verib
Apple iPhone-dakı NFC funksiyasını kənar ödəniş sistemləri üçün açmaq qərarını verib
Görünür, Avropa Komissiyası Apple Pay ilə Apple Wallet-in iPhone-dakı NFC funksiyasından eksklüziv istifadələrinə son qoyub.
Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
Trail of Bits şirkətinin mütəxəssisləri Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar ediblər.
iPhone 16 Pro modellərində olacaq Capture Button adlı düymənin özəllikləri açıqlanıb
iPhone 16 Pro modellərində olacaq Capture Button adlı düymənin özəllikləri açıqlanıb
The Information saytı iPhone 16 smartfon seriyasında olacaq özəlliklərdən biri barəsində məlumat verib.
Növbəti iPad Pro üçün OLED ekranların kütləvi istehsalına start verilib
Növbəti iPad Pro üçün OLED ekranların kütləvi istehsalına start verilib
Biz artıq dəfələrlə məlumat vermişik ki, Apple şirkəti bu il yeni iPad Pro planşetini təqdim edəcək.
Apple iPhone-nun sualtı çalışma rejimini patentləşdirib
Apple iPhone-nun sualtı çalışma rejimini patentləşdirib
Apple şirkəti iPhone-nun sualtı çalışma rejimini patentləşdirib. Görünür, Apple şirkətinin fikrincə bəzi istifadəçilər iPhone smartfonunu suyun altında kamera qismində istifadə etmək niyyətində ola bilərlər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!