main-post-cover

    ASUS XG248Q5G-P gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.04.2025
    Emil Nəcəfov
         ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru ASUS XG248Q5G-P adlanır. Şirkət bildirib ki, sözügedən yeni monitor əsasən kiberidman sahəsi üçün nəzərdə tutulub. Belə ki, o, olduqca yüksək təsvir yenilənməsi ilə seçilir. ASUS XG248Q5G-P monitoru 3 təsvir yenilənməsi rejimini dəstəkləyir. Birinci rejimdə 240 Hz-lik təsvir yenilənməsi, ikinci rejimdə 480 Hz-lik təsvir yenilənməsi, üçüncü rejimdə isə 610 Hz-lik təsvir yenilənməsi təmin olunur.
         Monitorun özü isə 1920x1080 piksel keyfiyyətli 24.1 düym ölçülü Super TN ekranla təchiz olunub. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Monitor özündə NVIDIA G-SyncAMD FreeSync Premium texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. ASUS XG248Q5G-P artıq gələn ay Çində satışa çıxacaq və onun qiyməti 1093$ təşkil edəcək. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Professionallar üçün ASUS ProArt Display PA27UCGE monitoru təqdim edilib - QİYMƏTİ
    professionallar-ucun-asus-proart-display-pa27ucge-monitoru-teqdim-edilib-qiymeti
    ASUS ROG Strix XG27UCDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-strix-xg27ucdmg-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS ROG Strix OLED XG27UCDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-strix-oled-xg27ucdmg-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS Vivobook 18 noutbuku təqdim edilib - QİYMƏTİ
    asus-vivobook-18-noutbuku-teqdim-edilib-qiymeti
    ASUS TUF Gaming VG27AQ3AZ gaming monitoru təqdim edilib
    asus-tuf-gaming-vg27aq3az-gaming-monitoru-teqdim-edilib