main-post-cover

    Böyük ölçülü LG UltraGear OLED 45GX90SA gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.04.2025
    Emil Nəcəfov
         LG şirkəti böyük ölçülü yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear OLED 45GX90SA adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 45 düym ölçülü WOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 275 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Monitor özündə NVIDIA G-SYNCAMD FreeSync Premium texnologiyalarının dəstəklərini birləşdirir.
         Monitorun əsas xüsusiyyətlərindən biri odur ki, o, webOS əməliyyat sisteminə sahibdir. Bu isə öz növbəsində monitor sayəsində Apple TV, Netflix, Disney+ Prime Video kimi tətbiqlərdən istifadə imkanını verir. Yəni sözügedən monitoru həmçinin smart televizor qismində istifadə etmək mümkündür. Monitor DisplayPort, HDMI 2.1, USB-C USB 2.0 girişlərini əldə edib. LG UltraGear OLED 45GX90SA artıq satışa çıxıb və onun qiyməti 1699$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    LG UltraGear 45GX950A-B flaqman gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-45gx950a-b-flaqman-gaming-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraGear 32G810SA gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-32g810sa-gaming-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraGear 27G850A-B gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-27g850a-b-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Samsung ardıcıl 19-cu il dünya televizor bazarının lideri olub
    samsung-ardicil-19-cu-il-dunya-televizor-bazarinin-lideri-olub
    LG UltraGear OLED 34GX90SA gaming monitoru təqdim edilib
    lg-ultragear-oled-34gx90sa-gaming-monitoru-teqdim-edilib