main-post-cover

    Bu ilki iPad Pro iki ədəd ön kameranı əldə edə bilər

    Cihazlar+
    22.07.2025
    Emil Nəcəfov
         Ötən il təqdim olunmuş Apple iPad Pro planşetinin versiyasında FaceTime ön kamerası ekranın daha uzun tərəfinə yerləşdirilmişdi ki, bu da cihazdan üfüqi rejimdə videozənglər üçün istifadəni rahatlaşdırırdı. Bu il isə Apple-ın yenilənmiş iPad Pro modelini təqdim edəcəyi və bu modeldə ekranın yuxarı və yan hissələrində iki ön kameranın yer alacağı gözlənilir. Bu barədə Bloomberg-in məşhur insayderi Mark Gurman özünün son Power On bülletenində məlumat verib. Gurman-ın fikrincə, dizayndakı bu dəyişiklik iPad Pro istifadəçilərinin kameranın uzun tərəfə keçirilməsindən sonra cihazı açmaq və ön kameradan istifadə etməkdə çətinlik çəkmələri ilə bağlı şikayətləri əsasında edilib.
         “Bu, o qədər də inqilabi dəyişiklik olmasa da, xoş bir təkmilləşdirmədir” - deyə insayder qeyd edib. Yeni Apple iPad Pro modelinin ilin sonuna doğru təqdim olunacağı gözlənilir. Hələ mart ayında Mark Gurman bu modelin sınaq mərhələsinin son prosesində olduğunu bildirmişdi. Hazırda mövcud olan M4 prosessorlu iPad Pro isə 2024-cü ilin may ayında təqdim olunmuşdu. Apple adətən iPad Pro modellərini təxminən 18 ayda bir yenilədiyindən, yeni modelin sentyabr və ya oktyabr ayında təqdim olunacağı ehtimal edilir. Yeni iPad Pro modeli Apple-ın M5 prosessoruna sahib ilk cihaz olacaq. Yeni prosessor və 2 ön kameradan əlavə planşetdə başqa dəyişikliklərin olacağı gözlənilmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ Britaniyadan iCloud-da backdoor-un yerləşdirilməsi göstərişini geri çəkməyi tələb edib
    abs-britaniyadan-icloud-da-backdoor-un-yerlesdirilmesi-gosterisini-geri-cekmeyi-teleb-edib
    Apple məşhur insayderi məhkəməyə verib
    apple-meshur-insayderi-mehkemeye-verib
    Meta Apple-ın daha iki süni zəka mütəxəssisini özünə cəlb edib
    meta-apple-in-daha-iki-suni-zeka-mutexessisini-ozune-celb-edib
    Apple-ın yeni əməliyyat sistemlərinin ictimai beta test tarixi açıqlanıb
    apple-in-yeni-emeliyyat-sistemlerinin-ictimai-beta-test-tarixi-aciqlanib
    Adi iPhone 17-nin mümkün prosessor modeli açıqlanıb
    adi-iphone-17-nin-mumkun-prosessor-modeli-aciqlanib