
Büdcəli Honor X7d smartfonu təqdim edilib
Cihazlar+
25.08.2025
Emil Nəcəfov
Honor şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Yeni smartfon Honor X7d adlanır. Bu smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor X7d smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.9 düym ölçülü IPS ekranla təchiz olunub. Smartfonun gövdəsi IP65 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 685 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor X7d özündə 108 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X7d-nin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı açıqlanmayıb.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən qapaqlı Honor Magic V Flip 2 smartfonu təqdim edilib - QİYMƏTİ

Qatlana bilən qapaqlı Honor Magic V Flip 2 smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti qatlana bilən qapaqlı Honor Magic V Flip 2 smartfonunu təqdim edib. Sözügedən yeni smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2868x1232 piksel keyfiyyətli 6.82 düym ölçülü daxili LTPO OLED ekranla və 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1200х1092 piksel keyfiyyətli 4 düym ölçülü xarici LTPO OLED ekranla təchiz olunub.
Honor Magic V5-in qlobal versiyasının təqdimatı anons edilib

Honor Magic V5-in qlobal versiyasının təqdimatı anons edilib
Honor şirkəti keçən ay Çində qatlana bilən Magic V5 smartfonunu təqdim etmişdi. İndi isə şirkət sözügedən smartfonun qlobal versiyasının təqdimatını anons edib.
Qatlana bilən qapaqlı Honor Magic V Flip 2-nin batareya həcmi açıqlanıb

Qatlana bilən qapaqlı Honor Magic V Flip 2-nin batareya həcmi açıqlanıb
Honor dünən yeni qatlana bilən qapaqlı smartfonunun təqdimatını anons etdi. Söhbət, Honor Magic V Flip 2-dən gedir.
Qatlana bilən qapaqlı Honor Magic V Flip 2-nin təqdimatı anons edilib

Qatlana bilən qapaqlı Honor Magic V Flip 2-nin təqdimatı anons edilib
Honor şirkəti öz yeni qatlana bilən qapaqlı smartfonunun təqdimatını anons edib. Söhbət, Honor Magic V Flip 2-dən gedir.
Honor 10 000 mAh-lıq batareyaya sahib smartfon üzərində çalışır

Honor 10 000 mAh-lıq batareyaya sahib smartfon üzərində çalışır
Digital Chat Station ləqəbli məşhur insayder Honor-un hazırladığı yeni smartfon barəsində məlumatlar verib.
Həftənin xəbərləri

