
Honor 10 000 mAh-lıq batareyaya sahib smartfon üzərində çalışır
Cihazlar+
12.08.2025
Emil Nəcəfov
Digital Chat Station ləqəbli məşhur insayder Honor-un hazırladığı yeni smartfon barəsində məlumatlar verib. Honor da digər Çin istehsalçıları kimi MediaTek-in hələ təqdim olunmamış Dimensity 8500 prosessoru vasitəsilə çalışacaq smartfonları hazırlayır. İnsayder bildirib ki, məlumatda qeyd edilmiş yeni smartfon məhz sözügedən prosessoru əldə edəcək. Lakin hazırlanan bu smartfonun daha bir vacib özəlliyi olacaq.
Belə ki, insayderin sözlərinə inansaq, Honor-un yeni smartfonu 10 000 mAh enerji tutumlu batareya ilə təchiz oluna bilər. Məlumatda qeyd edilib ki, Honor yeni smartfonunun test mərhələsinin sonundadır. Bu isə onun yaxın gələcəkdə təqdim oluna biləcəyinə işarə edir. Bununla belə insayder Honor-un bu yeni smartfonunun adını açıqlamayıb. Qeyd etmək lazımdır ki, hətta bəzi planşetlər belə 10 000 mAh-lıq batareyaya sahib deyillər. Buna görə də bu qədər böyük həcmdə batareyanın smartfona quraşdırılması çox böyük inkişaf addımı olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Honor 400 Smart 5G smartfonu təqdim edilib

Honor 400 Smart 5G smartfonu təqdim edilib
Honor şirkəti Honor 400 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Honor 400 Smart 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Büdcəli Honor Play10C smartfonu təqdim edilib - QİYMƏTİ

Büdcəli Honor Play10C smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti Honor Play10C adlı yeni büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Orta büdcəli Honor Play 70 Plus smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Honor Play 70 Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor Play 70 Plus-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və olduqca böyük həcmli batareyanı əldə edib.
Honor Magic 8 Ultra flaqman smartfonu barəsində təfərrüatlar təqdim edilib

Honor Magic 8 Ultra flaqman smartfonu barəsində təfərrüatlar təqdim edilib
Honor şirkəti yaxın aylar ərzində Honor Magic 8 smartfon seriyasını təqdim etməlidir. Gözləntilərə əsasən bu seriyaya daxil olacaq modellərdən biri də Honor Magic 8 Ultra olacaq.
HONOR 400 və 400 Pro icmalı: hansını, niyə alım?

HONOR 400 və 400 Pro icmalı: hansını, niyə alım?
HONOR şirkəti 2025-ci ilin ortalarında orta və orta-üst seqment istifadəçiləri üçün HONOR 400 və HONOR 400 Pro modellərini təqdim etdi. Keçən ilki HONOR 200 seriyasının davamı olan bu cihazlar həm dizayn, həm də texniki göstəricilər baxımından nəzərəçarpacaq yeniliklərlə seçilir. Ən əsası isə HONOR 400 Pro modelinin bəzi xüsusiyyətləri birbaşa flaqman smartfonlara yaxın təcrübə təqdim edir ki, bu da onu seqmentində ciddi rəqibə çevirir.
Həftənin xəbərləri

