
Büdcəli HTC Wildfire E4 Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
11.08.2025
Emil Nəcəfov
HTC şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, HTC Wildfire E4 Plus-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Unisoc prosessorunu və orta həcmli batareyanı əldə edib. Smartfon uyğun qiymətə baza funksiyalarını tələb edən istifadəçilərə istiqamətlənib. Beləliklə HTC Wildfire E4 Plus smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.74 düym ölçülü ekranla təchiz olunub.

Smartfon Unisoc T606 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 128 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda HTC Wildfire E4 Plus özündə 50 MP + 0.3 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. HTC Wildfire E4 Plus artıq satışa çıxıb və onun qiyməti 110$ təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google, HTC-nin VR şöbəsini alıb

Google, HTC-nin VR şöbəsini alıb
Google şirkəti Tayvanın HTC şirkəti ilə bağlı növbəti razılaşmasını elan edib. Belə ki, Google, HTC-nin Vive adlı virtual reallıq (VR) cihazlarının hazırlanması ilə məşğul olan şöbəsini almaq qərarına gəlib.
HTC Vive Focus Vision adlı yeni VR cihaz təqdim edilib - QİYMƏTİ

HTC Vive Focus Vision adlı yeni VR cihaz təqdim edilib - QİYMƏTİ
HTC şirkəti öz yeni VR cihazını təqdim edib. Şirkətin yeni VR cihazı HTC Vive Focus Vision adlanır. Şirkətin bu yeni VR cihazı avtonom rejimdə çalışması ilə seçilir.
HTC U24 Pro smartfonu təqdim edilib - QİYMƏTİ

HTC U24 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
HTC şirkəti keçən həftə söz vermiş olduğu kimi bugün öz yeni smartfonunu təqdim edib. Şirkətin yeni smartfonu HTC U24 Pro adlanır.
HTC-nin hansı yeni smartfonu təqdim edəcəyi məlum olub

HTC-nin hansı yeni smartfonu təqdim edəcəyi məlum olub
HTC şirkəti dünən yeni smartfonunun təqdimatını anons etdi. Şirkətin yeni smartfonu 12 iyun tarixində Tayvanda təqdim olunacaq.
HTC öz yeni smartfonunun təqdimatını anons edib

HTC öz yeni smartfonunun təqdimatını anons edib
HTC şirkəti öz yeni smartfonunun təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən yeni smartfon 12 iyun tarixində təqdim ediləcək.
Həftənin xəbərləri

