Google, HTC-nin VR şöbəsini alıb
Elm & Texnologiya
23.01.2025
Emil Nəcəfov
Google şirkəti Tayvanın HTC şirkəti ilə bağlı növbəti razılaşmasını elan edib. Belə ki, Google, HTC-nin Vive adlı virtual reallıq (VR) cihazlarının hazırlanması ilə məşğul olan şöbəsini almaq qərarına gəlib. Məlumatda qeyd edilib ki, Google, HTC-nin sözügedən şöbəsinin alınmasına 250 milyon dollar vəsait sərf edib. Bununla yanaşı HTC Vive cihazlarının hazırlanmasında iştirak etmiş aparıcı şəxslər Google şirkətinə keçid ediblər. Tərəflər arasındakı razılaşmaya əsasən Google öz növbəsində həmçinin HTC-nin VR texnologiyalar sahəsindəki intellektual mülkiyyətinin lisenziyalarını əldə edir.
HTC isə bu istiqamətdə yeni cihazların hazırlanması prosesini davam etdirəcək. Qeyd etmək lazımdır ki, Google keçən ilin sonuna yaxın Android XR əməliyyat sistemini anons etmişdi. Samsung tərəfindən hazırlanan genişləndirilmiş reallıq (XR) cihazı məhz bu əməliyyat sistemi vasitəsilə çalışacaq. Beləliklə Google lazımi proqram təminatına və HTC-nin VR cihazlar şöbəsinin alınmasından sonra aparat təminatına sahib olmasından sonra o özünün VR/AR və qarışıq reallıq (AR + VR) cihazını hazırlaya bilər. Qeyd etmək lazımdır ki, Google 2017-ci ildə 1.1 milyard dollara HTC-nin smartfon istehsalı şöbəsini də əldə etmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android 16-nın ictimai beta versiyalarının hansı tarixlərdə istifadəyə veriləcəkləri məlum olub
Android 16-nın ictimai beta versiyalarının hansı tarixlərdə istifadəyə veriləcəkləri məlum olub
Google şirkəti bu il Android 16-nı istifadəyə verəcək. Lakin şirkət öz yeni əməliyyat sisteminin final versiyasını istifadəyə evrməmişdən öncə ilk növbədə onun 3 ədəd ictimai beta versiyasını təqdim edəcək.
Google Search-ün axtarış səhifəsinə süni zəka rejimi əlavə ediləcək
Google Search-ün axtarış səhifəsinə süni zəka rejimi əlavə ediləcək
Google şirkəti Google Search-ün axtarış səhifəsinə yeni funksiyanın əlavə edilməsini planlaşdırır. Söhbət, süni zəka rejimindən gedir. Bu rejim ənənəvi axtarış nəticələrini təqdim etmək əvəzinə istifadəçiyə süni zəka əsaslı çat-botla dialoq imkanını təklif edəcək.
Google Chrome üçün dələduz və hakerlərdən qoruyacaq süni zəka əsaslı funksiya hazırlanıb
Google Chrome üçün dələduz və hakerlərdən qoruyacaq süni zəka əsaslı funksiya hazırlanıb
Google şirkəti Chrome brauzeri üçün süni zəka əsaslı yeni təhlükəsizlik funksiyası hazırlayıb. Hazırlanmış yeni təhlükəsizlik funksiyası istifadəçilərin şifrə və bank kartı məlumatları da daxil olmaqla konfidensial məlumatlarının oğurlanmasının qarşısını almaq üçün nəzərdə tutulub.
Google məntiq yürüdə bilən süni intellektini təqdim edib!
Google məntiq yürüdə bilən süni intellektini təqdim edib!
Google, Gemini 2.0 Flash Thinking-i təqdim edib. Şirkət yeni modeli ilə məntiq yürütmə sahəsində yeni bir dövr başladaraq OpenAI o1-ə meydan oxuyub.
Bir adam oğurluğu hadisəsinin təfərrüatları Google Maps sayəsində ortaya çıxıb!
Bir adam oğurluğu hadisəsinin təfərrüatları Google Maps sayəsində ortaya çıxıb!
Dünyada artıq milyonlarla istifadəçisi olan Google Maps, çox maraqlı bir adam oğurluğu hadisəsi ilə gündəmə gəlib.
Həftənin xəbərləri
Samsung Galaxy S25, S25+ və S25 Ultra təqdim olunub - QİYMƏTİ
Bu il nazik gövdəli smartfonların ili olacaq