
Büdcəli OnePlus Nord Buds 3r qulaqlığı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
26.08.2025
Emil Nəcəfov
OnePlus şirkəti Nord Buds 3r adlı yeni naqilsiz qulaqlığını təqdim edib. OnePlus Nord Buds 3r 12.4 mm-lik dinamik drayverlərlə təchiz olunub və bu drayverlər titan örtüklü vibrasiya membranına malikdirlər. Səsli zəng keyfiyyətinə hər qulaqlıqda yerləşən iki mikrofon cavabdehdir, onlar süni intellekt əsaslı səs-küyün azaldılması sistemini, şüa formalaşdırma texnologiyasını və küləkdən qorunmanı dəstəkləyir. Səsin tənzimlənməsi üçün Sound Master ekvalayzeri nəzərdə tutulub. Həmçinin həcmli səs üçün OnePlus 3D Audio texnologiyası da mövcuddur.

Qulaqlıqlar Bluetooth 5.4, AAC və SBC kodeklərini, oyun rejimində 47 millisaniyəyə qədər gecikməni, Google Fast Pair funksiyasını, eləcə də eyni vaxtda iki cihaza qoşulmağa imkan verən Dual-device Connection funksiyasını dəstəkləyirlər. Əlavə olaraq, real vaxt rejimində nitqin tərcüməsi üçün AI Translation funksiyası da mövcuddur. Qulaqlıqlarda gövdə IP55 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Avtonom işləmə müddəti qulaqlıqlar üçün 12 saata, şarj keysi ilə birlikdə isə 54 saata çatır. 10 dəqiqəlik sürətli şarj musiqi dinləmək üçün 8 saata qədər istifadəni təmin edir. OnePlus Nord Buds 3r 8 sentyabr tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 20$ təşkil edəcək. Qulaqlığın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Orta səviyyəli OnePlus Pad Lite planşeti təqdim edilib - QİYMƏTİ

Orta səviyyəli OnePlus Pad Lite planşeti təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti Nord CE5 və Nord 5 smartfonlarından əlavə olaraq OnePlus Pad Lite adlı yeni planşetini də təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı MediaTek Helio prosessorunu əldə edib.
OnePlus Watch 3 43 mm ağıllı saatı təqdim edilib - QİYMƏTİ

OnePlus Watch 3 43 mm ağıllı saatı təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti bu ilin əvvəlində təqdim edilmiş OnePlus Watch 3 ağıllı saatının yenilənmiş versiyasını təqdim edib. Yneilənmiş versiya OnePlus Watch 3 43 mm adlanır.
Qlobal bazarda OnePlus Nord 5 subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Qlobal bazarda OnePlus Nord 5 subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti orta büdcəli Nord CE5-dən əlavə olaraq Nord 5 adlı subflaqman smartfonunu da təqdim edib. OnePlus Nord 5 xarici görünüşcə demək olar Nord CE5 modelinə bənzəyir və böyük ölçülü ekranı, Snapdragon prosessorunu, orta həcmli batareyanı əldə edib.
Qlobal bazarda orta büdcəli OnePlus Nord CE5 smartfonu təqdim olunub - QİYMƏTİ

Qlobal bazarda orta büdcəli OnePlus Nord CE5 smartfonu təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti qlobal bazarda orta büdcəli Nord CE5 smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib.
Təqdimata hazırlaşan OnePlus Pad Lite planşetinin dizaynı sərgilənib

Təqdimata hazırlaşan OnePlus Pad Lite planşetinin dizaynı sərgilənib
OnePlus şirkəti öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad Lite-dan gedir. Sözügedən planşet 8 iyul tarixində təqdim olunmalıdır.
Həftənin xəbərləri

