main-post-cover

    Büdcəli POCO C71 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.04.2025
    Emil Nəcəfov
         Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO C71-dən gedir. Bu yeni büdcəli smartfon böyük ölçülü ekranı, Unisoc prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO C71 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1640x720 piksel keyfiyyətli 6.88 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Bununla yanaşı POCO C71-in gövdəsi IP52 standartı üzrə tozdan və su damcılarından qorunma özəlliyinə sahibdir. Smartfon Unisoc T7250 prosessoru vasitəsilə çalışır və 4/6 GB RAM ilə 64/128 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 32 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 15 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO C71 yaxın günlərdə Hindistanda satışa çıxacaq və onun qiyməti 76$-dan start götürəcək. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli REDMI A5 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-a5-4g-smartfonu-teqdim-edilib-qiymeti
    POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
    poco-f7-pro-ve-f7-ultra-flaqman-smartfonlari-teqdim-edilib-qiymeti
    REDMI G27Q 240 Hz gaming monitoru təqdim edilib - QİYMƏTİ
    redmi-g27q-240-hz-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Xiaomi YU7 krossoverinin yeni rəsmi fotoları təqdim edilib
    xiaomi-yu7-krossoverinin-yeni-resmi-fotolari-teqdim-edilib
    Xiaomi keçən il Ford və General Motors-dan daha çox elektromobil satıb
    xiaomi-kecen-il-ford-ve-general-motors-dan-daha-cox-elektromobil-satib