
Büdcəli REDMI G24 240 Hz Edition gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
26.05.2025
Emil Nəcəfov
Xiaomi-nin REDMI brendi özünün REDMI G24 gaming monitorunun yeni versiyasını təqdim edib. Monitorun yeni versiyası daha yüksək göstəricidə təsvir yenilənməsi ilə seçilir. Monitor REDMI G24 240 Hz Edition adlanır. Beləliklə yenilənmiş REDMI G24 monitoru 240 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Qeyd etmək lazımdır ki, daha əvvəlki REDMI G24 modeli 180 Hz-lik təsvir yenilənməsinə sahibdir. Yeni monitorun ekranının maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 94%-ni əhatə edir. Monitor özündə NVIDIA G-Sync и AMD FreeSync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. REDMI G24 240 Hz Edition artıq Çində satışa çıxıb və onun qiyməti 97$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi-nin Android 16-nı əldə edəcək 50-dən çox cihazının siyahısı təqdim edilib

Xiaomi-nin Android 16-nı əldə edəcək 50-dən çox cihazının siyahısı təqdim edilib
İyun ayında Google Android 16-nın stabil versiyasını istifadəyə verməlidir. Bundan sonra smartfon istehsalçıları təkmilləşdirilmiş əməliyyat sistemi əsasında proqram təminatlarını yeniləməyə başlayacaqlar.
HyperOS 2.2-ni ilk əldə edəcək Xiaomi smartfonlarının qeyri-rəsmi siyahısı təqdim edilib

HyperOS 2.2-ni ilk əldə edəcək Xiaomi smartfonlarının qeyri-rəsmi siyahısı təqdim edilib
Xiaomi HyperOS 2.2 yeniləməsini cihazları üçün təqdim etməyə praktiki olaraq hazırdır. Rəsmi dəyişikliklər siyahısı hələ dərc olunmasa da, sistemdə bir sıra təkmilləşdirmələr və istifadəçi interfeysində bəzi yeniliklərin gözlənildiyi bildirilir.
Xiaomi flaqman smartfonlarını Qualcomm prosessorları ilə təmin etməyə davam edəcək

Xiaomi flaqman smartfonlarını Qualcomm prosessorları ilə təmin etməyə davam edəcək
Qualcomm və Xiaomi arasında əldə olunmuş razılaşmaya əsasən, Çin istehsalçısı öz mobil cihazlarında Snapdragon prosessorlarını quraşdırmağa davam edəcək.
Xiaomi YU7 krossoveri rəsmi olaraq təqdim edilib

Xiaomi YU7 krossoveri rəsmi olaraq təqdim edilib
Xiaomi rəsmi olaraq ikinci elektromobili olan YU7 krossoverini təqdim edib. Bu model 3 versiyada satışa çıxarılacaq: Standard, Pro və Max. YU7 modeli Çin bazarında Tesla Model Y üçün ciddi rəqib kimi təqdim olunur və təkmilləşdirilmiş texniki göstəriciləri, daha uzun məsafə qətetmə imkanı və müasir texnologiyaları ilə seçilir.
Xiaomi Pad 7 Ultra flaqman planşeti təqdim edilib - QİYMƏTİ

Xiaomi Pad 7 Ultra flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Xiaomi Pad 7 Ultra adlı yeni flaqman planşetini təqdim edib. Bu yeni planşetin daha öncəki Xiaomi Pad modellərindən fərqlənən əsas özəlliyi ondadır ki, o, Xiaomi 15S Pro kimi şirkətin Xring O1 adlı yeni 3 nanometrlik mobil prosessoru vasitəsilə çalışır.
Həftənin xəbərləri

