
Xiaomi Pad 7 Ultra flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
22.05.2025
Emil Nəcəfov
Xiaomi şirkəti Xiaomi Pad 7 Ultra adlı yeni flaqman planşetini təqdim edib. Bu yeni planşetin daha öncəki Xiaomi Pad modellərindən fərqlənən əsas özəlliyi ondadır ki, o, Xiaomi 15S Pro kimi şirkətin Xring O1 adlı yeni 3 nanometrlik mobil prosessoru vasitəsilə çalışır. Bununla yanaşı bu yeni planşet böyük ölçülü ekranı və böyük həcmli batareyanı əldə edib. Beləliklə Xiaomi Pad 7 Ultra planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 3.2K keyfiyyətli 14 düym ölçülü OLED ekranla təchiz olunub.

Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Planşet 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Xiaomi Pad 7 Ultra özündə 50 MP-lik arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 120 vatt gücündə sürətli şarj texnologiyalı 12 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi Pad 7 Ultra artıq Çində satışa çıxıb və onun qiyməti 791$-dan start götürür. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi Civi 5 Pro subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ

Xiaomi Civi 5 Pro subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Xiaomi 15S Pro ilə yanaşı Xiaomi Civi 5 Pro subflaqman smartfonunu da təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Xiaomi-nin yeni fərdi prosessoru ilə çalışan Xiaomi 15S Pro təqdim edilib - QİYMƏTİ

Xiaomi-nin yeni fərdi prosessoru ilə çalışan Xiaomi 15S Pro təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Çində Xiaomi 15S Pro smartfonunu təqdim edib. Təqdim edilmiş bu yeni smartfonun əsas fərqləndirici özəlliyi ondadır ki, o, şirkətin Xring O1 adlı 10 nüvəli yeni mobil prosessoru vasitəsilə çalışır. Bundan əlavə olaraq bu yeni smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyanı əldə edib.
Xiaomi Xring O1 mobil prosessoru təqdim edilib

Xiaomi Xring O1 mobil prosessoru təqdim edilib
Xiaomi şirkəti daha öncə də anons etmiş olduğu kimi Xring O1 adlı yeni mobil prosessorunu təqdim edib. Xiaomi-nin sözlərinə əsasən bu yeni prosessor Apple A18 Pro-dan daha ucuz başa gəlir və enerji sərfiyyatının effektivliyi baxımından onu geridə qoyur.
Xiaomi 15S Pro-nun ilk real görüntüləri sərgilənib

Xiaomi 15S Pro-nun ilk real görüntüləri sərgilənib
Xiaomi-nin prezidentı Lu Weibing, şirkətin öz prosessoru olan Xring O1 əsasında hazırlanmış ilk cihaz - Xiaomi 15S Pro smartfonunu ilk dəfə nümayiş etdirib.
REDMI Pad 2 planşetinin render fotoları, texniki imkanları və satış qiyməti ortaya çıxıb

REDMI Pad 2 planşetinin render fotoları, texniki imkanları və satış qiyməti ortaya çıxıb
Xiaomi-nin REDMI brendi öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, REDMI Pad 2-dən gedir. İndi isə internetdə bu yeni planşetin ilk render fotoları, texniki imkanları və satış qiyməti ortaya çıxıb.
Həftənin xəbərləri

