main-post-cover

    Bütün dünyada oğurlanan iPhone-ların əksəriyyəti nəticədə Çindəki bir binada toplanır

    Cihazlar+
    21.05.2025
    Emil Nəcəfov
         Financial Times tərəfindən aparılmış araşdırma göstərib ki, Londonda və ya Los-Ancelesdə oğurlanan bir çox iPhone Çində yerləşən eyni binaya aparılır və orada ehtiyat hissələrinə ayrılır və ya yenidən satılır. Zərərçəkənlərdən biri - iPhone 15 Pro cihazı küçədə əlindən qoparılıb aparılan şəxs - telefonunun 6000 mil (9500 km-dən çox) məsafədəki yerə qədər hərəkətini izləyə bilib. Həmin yer Çinin Şençjen şəhərində yerləşir və yerli sakinlər arasında "oğurlanmış iPhone evi" kimi tanınır. Rəsmi adı Feiyang Times olan bu bina iPhone-ların təmir və ya satışı ilə məşhurdur. Lakin Financial Times-ın məlumatına görə, bu bina həm də oğurlanmış cihazlar üçün qara bazar kimi tanınır.
         Burada satılan bir çox cihazlar qanuni mənşəyə malikdir. Qərb ölkələrindəki istehlakçılar bu cihazları yeni model alarkən mağazalara və ya mobil operatorlara təhvil veriblər. Lakin həmin məkana oğurluq və digər qanunsuz yollarla əldə olunmuş cihazlar da gətirilir. Bu bina, bloklanmış cihazlarla işləməyə hazır olan azsaylı yerlərdən biridir. Burada belə cihazlar üçün tam funksional bir bazar formalaşıb. Nümunə olaraq London sakini Sam Amrani-nin başına gəlmiş hadisə təqdim olunub. Onun iPhone cihazı iki naməlum şəxs tərəfindən elektrik velosipedlərində hərəkət edərkən əlindən qoparılaraq oğurlanıb.
         Bu cür velosipedlər xırda cinayətkarlar arasında məşhur nəqliyyat vasitəsidir, çünki sürətlə qaçmağa, hətta səkilərdən belə keçməyə imkan verir. Amrani iPhone-un hərəkət trayektoriyasını izləyə bilib. Əvvəlcə cihaz Londonun bir arxa küçəsində, mobil telefon təmiri ilə məşğul olan bir emalatxanada yerləşib. Daha sonra cihaz ətraf ünvanlar arasında bir neçə dəfə yer dəyişib. 1 həftə sonra isə iPhone Honqkonqdakı Kaulun rayonunda peyda olub, oradan isə sürətlə Şençjenə daşınıb və səyahətini Feiyang Times binasında başa vurub. Qara bazarda ən dəyərli hesab olunanlar blokdan çıxarılmış smartfonlardır, lakin hətta bloklanmış cihazların belə demək olar ki, hər bir komponentinə alıcı tapılır.
         Avropa və ABŞ üçün istehsal olunmuş cihazları satanlar isə cihazların onlara necə çatdığını bilmədiklərini iddia edirlər. Bəzən oğurluq və qarət qurbanları iMessage vasitəsilə mesajlar alırlar - onlardan cihazı açmaları üçün şantaj yolu ilə tələblər irəli sürülür. iPhone itki və ya oğurluq rejiminə keçirildikdə, cihazın ekranında qaydası üzrə sahibinin telefon nömrəsi və ya e-poçt ünvanı görünə bilər. London sakini Sam Amrani ilə bağlı hadisədə cinayət sxemində iştirak edən şəxslər ona mesaj göndərərək cihazın artıq sökülmə mərhələsində olduğunu bildiriblər.
         Onlar blokun açılmayacağı təqdirdə, iPhone-un əsas lövhəsinin digər şəxslərin əlinə keçəcəyini, onların isə guya bu lövhəni sındıraraq kredit kartı məlumatlarını və ailə üzvlərinin kontaktlarını ələ keçirə biləcəklərini deyərək hədə-qorxu gəliblər. Əslində bloklanmış cihazdan şəxsi məlumatların çıxarılması mümkün deyil, lakin texnologiyadan uzaq olan istifadəçilər üçün belə bir hədə kifayət qədər inandırıcı səslənə və onları qorxuda bilər. Apple-ın təhlükəsizlik tədbirləri oğurlanmış iPhone bazarının xeyli daralmasına kömək edib, lakin bu hadisə göstərir ki, tələbi tamamilə aradan qaldırmaq hələ də mümkün olmayıb. Smartfon sahiblərinə şəxsi məlumatların cihazla birlikdə cinayətkarların əlinə keçməməsi üçün güclü qoruma tədbirləri tətbiq etmələri tövsiyə olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tərtibatçılar kütləvi şəkildə App Store-dan uzaqlaşırlar
    tertibatcilar-kutlevi-sekilde-app-store-dan-uzaqlasirlar
    Nazik gövdəli iPhone 17 Air innovasiyalı batareyanı əldə edə bilər
    nazik-govdeli-iphone-17-air-innovasiyali-batareyani-elde-ede-biler
    Bəzi istifadəçilər Apple Vision Pro-nu aldıqlarına görə peşmandırlar
    bezi-istifadeciler-apple-vision-pro-nu-aldiqlarina-gore-pesmandirlar
    Rəsmi Vaşinqton Apple ilə Alibaba arasındakı əməkdaşlıqdan narazıdır
    resmi-vasinqton-apple-ile-alibaba-arasindaki-emekdasliqdan-narazidir
    Donald Trump iPhone-ların Hindistanda istehsal edilməsindən narazıdır
    donald-trump-iphone-larin-hindistanda-istehsal-edilmesinden-narazidir