
Rəsmi Vaşinqton Apple ilə Alibaba arasındakı əməkdaşlıqdan narazıdır
Tech-Biznes
19.05.2025
Emil Nəcəfov
Apple-ın süni zəka funksiyalarını iPhone cihazlarına inteqrasiya etmək üçün Çin şirkəti Alibaba ilə mümkün tərəfdaşlığı Vaşinqtonda kəskin tənqidə səbəb olub. Konqres üzvləri və milli təhlükəsizlik üzrə ekspertlər bu sazişin Çinin süni zəka yarışında mövqeyini gücləndirəcəyindən və istifadəçi məlumatlarını riskə atacağından narahatdırlar. Apple yeni Apple Intelligence ekosistemini təqdim edərkən, eyni zamanda ChatGPT-nin inteqrasiyası üçün OpenAI ilə müqavilə imzalayıb. Lakin OpenAI Çində fəaliyyət göstərə bilmir, çünki yerli qanunvericilik xarici süni zəka şirkətlərinin fəaliyyətini məhdudlaşdırır. Buna görə də Apple yerli tərəfdaş axtarışına başlayıb və Baidu, DeepSeek və Tencent kimi şirkətləri nəzərdən keçirib.

Nəticədə seçim sürətlə inkişaf edən süni zəka modelinə sahib olan Alibaba üzərində dayanıb. Apple hələlik Alibaba ilə tərəfdaşlığını rəsmi olaraq təsdiqləməyib, lakin 9to5Mac-ın The New York Times-a istinadən qeyd etdiyinə görə, saziş artıq baş tutub. Ağ Ev və Nümayəndələr Palatasının Çin üzrə Komitəsi artıq bu əməkdaşlığın detalları ilə maraqlanmağa başlayıb. Rəsmilər Apple rəhbərliyinə birbaşa müraciət edərək vəziyyətə aydınlıq gətirilməsini tələb ediblər və istifadəçi məlumatlarının ötürülməsi və ya Çin süni zəka alqoritmlərinin təliminə yardım göstərilməsi ehtimalı ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Konqresmen Raja Krishnamoorthi bu tərəfdaşlığı “son dərəcə narahatedici” adlandıraraq onu ABŞ-da qadağan edilməyə çalışılan TikTok məsələsi ilə müqayisə edib.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən Greg Allen isə bildirib: “Biz istəmirik ki, Amerika şirkətləri Çin şirkətlərinə süni zəka yarışında sürətlənməkdə kömək etsin”. Qeyd olunur ki, hazırda ABŞ administrasiyasında Alibaba və süni zəka ilə bağlı fəaliyyəti olan digər Çin şirkətlərinin amerikalı bizneslə əməkdaşlığı qadağan edən sanksiya siyahısına salınması müzakirə olunur. Pentaqon və xüsusi xidmət orqanları da Alibaba-nın Çin ordusu ilə mümkün əlaqələrini araşdırırlar. Nəticədə, Çin bazarındakı iPhone-lar süni zəka funksiyalarından tamamilə məhrum qala bilər. Bu isə Apple smartfonlarının satışına daha da ciddi zərbə vura bilər. Onsuz da iPhone satışları son yarım ildə azalmaqdadır və bu, qismən Çin və digər Android smartfonlarında olan süni zəka funksiyalarının iPhone-da olmaması ilə bağlıdır.
Mənbə: 9to5mac
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Donald Trump iPhone-ların Hindistanda istehsal edilməsindən narazıdır

Donald Trump iPhone-ların Hindistanda istehsal edilməsindən narazıdır
ABŞ Prezidenti Donald Trump, Apple şirkətinin amerikalılar üçün iPhone-ları Hindistanda istehsal etmək təşəbbüsündən narazı qalıb və bu barədə şirkətin baş direktoru Tim Cook-a bildirib.
Apple yenidən dünyanın ən bahalı brendi seçilib

Apple yenidən dünyanın ən bahalı brendi seçilib
Kantar adlı analitik şirkətin məlumatına görə, Apple artıq dördüncü ildir ki, dünyanın ən dəyərli qlobal brendləri reytinqinə başçılıq edir.
Apple 3 foto əsasında 3D obyektlər yaradan süni zəka alqoritmi hazırlayıb

Apple 3 foto əsasında 3D obyektlər yaradan süni zəka alqoritmi hazırlayıb
Apple-ın machine learning komandası Nankin Universiteti və Honq Konq Elm və Texnologiya Universitetinin tədqiqatçıları ilə birlikdə Matrix3D adlı 3D süni zəka modelini hazırlayıb.
Çində iPhone-ların qiymətləri kəskin şəkildə aşağı düşüb

Çində iPhone-ların qiymətləri kəskin şəkildə aşağı düşüb
ABŞ bazarının reallıqları fonunda Apple müştəriləri hazırda daha çox qiymət artımı ehtimalını və iPhone istehsalının əsas hissəsinin Çin əvəzinə ABŞ üçün Hindistana köçürülməsi məsələsini müzakirə edirlər. Lakin Çin bazarında tamamilə fərqli hadisələr baş verir.
Apple öz cihazlarının fikir gücü ilə idarəsi texnologiyasını hazırlayır

Apple öz cihazlarının fikir gücü ilə idarəsi texnologiyasını hazırlayır
Apple şirkəti bildirib ki, cari ilin sonuna qədər iPhone smartfonlarında fiziki məhdudiyyətli istifadəçilər üçün yeni əlçatanlıq funksiyaları təqdim olunacaq. Söhbət App Store-da "Accessibility Nutrition" etiketlərindən və Mac üçün Magnifier tətbiqindən gedir.
Həftənin xəbərləri

