CMF Buds Pro 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.07.2024
Emil Nəcəfov
Nothing şirkətinin CMF subbrendi öz ilk smartfonu CMF Phone 1 və yeni smart saatı CMF Watch Pro 2 ilə yetinməyərək üstəlik yeni naqilsiz qulaqlığını da təqdim edib. Subbrendin yeni naqilsiz qulaqlığı CMF Buds Pro 2 adlanır. Təqdim edilmiş bu yeni naqilsiz qulaqlığın əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, qulaqlıqların idarəetməsini şarj keysi vasitəsilə reallaşdırmaq olar. Şarj keysi üzərində olan dairəvi düymə musiqi səsinin tənzimlənməsini, daxil olan zənglərin qəbul və ya ləğv edilməsini, ətraf səs-küyün aktiv boğulması funksiyasının aktiv və ya deaktiv edilməsini və səsli köməkçinin aktiv edilməsini reallaşdırmağa imkan verir.
Qulaqlıqların özləri həcmli səslənməni dəstəkləyirlər və onlardan hər biri özündə 3 ədəd mikrofonu birləşdirir. Bu isə öz növbəsində telefon danışıqları keyfiyyətini olduqca yüksəldir. Qulaqlıqlardakı ətraf səs-küyün aktiv boğulması funksiyası ətraf səs-küyü 50 dB-ə (desibel) kimi boğa bilir. Məlumata əsasən sözügedən funksiyanın aktiv olduğu halda qulaqlıqlar 26 saat ərzində, funksiyanın deaktiv olduğu halda isə 43 saat ərzində çalışa bilirlər. CMF Buds Pro 2 artıq 59$ qiymətində satışa çıxıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
CMF Watch Pro 2 smart saatı təqdim edilib - QİYMƏTİ
CMF Watch Pro 2 smart saatı təqdim edilib - QİYMƏTİ
CMF subbrendi öz ilk smartfonu CMF Phone 1 ilə yanaşı yeni smart saatını da təqdim edib. Söhbət, CMF Watch Pro 2-dən gedir.
CMF Phone 1 smartfonu təqdim edilib - QİYMƏTİ
CMF Phone 1 smartfonu təqdim edilib - QİYMƏTİ
Nothing şirkətinin CMF adlı subbrendi daha öncə də söz vermiş olduğu kimi öz ilk smartfonu olan CMF Phone 1-i təqdim edib.
Təqdimata sayılı günlər qalmış CMF Phone 1 smartfonu Geekbench testlərindən keçib
Təqdimata sayılı günlər qalmış CMF Phone 1 smartfonu Geekbench testlərindən keçib
Təqdimata sayılı günlər qalmış Nothing şirkətinin CMF subbrendinin ilk smartfonu olacaq CMF Phone 1-in Geekbench testlərindən keçdiyi məlum olub.
Təqdimata sayılı günlər qalmış CMF Phone 1-in arxa panel dizaynı səırgilənib və ön panelinin fotosu sızıb
Təqdimata sayılı günlər qalmış CMF Phone 1-in arxa panel dizaynı səırgilənib və ön panelinin fotosu sızıb
Təqdimata sayılı günlər qalmış Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonu olacaq CMF Phone 1-in arxa panel dizaynını bütünlüklə sərgiləyib.
Təqdimata hazırlaşan CMF Phone 1-in arxa kamera dizaynı sərgilənib
Təqdimata hazırlaşan CMF Phone 1-in arxa kamera dizaynı sərgilənib
Nothing şirkətinin CMF subbrendinin 8 iyul tarixindəki təqdimata hazırlaşan CMF Phone 1 adlı ilk smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edirlər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!