main-post-cover

    Google gecikdirilən yenilənmiş Siri mövzusunda Apple şirkətini trollayıb

    Cihazlar+
    05.08.2025
    Emil Nəcəfov
         Google Pixel 10-un təqdimatına təxminən 2 həftə qalıb. Bu hadisə ərəfəsində İT nəhəngi “Google Pixel 10 | Soon” adlı tizer video yayımlayıb və bu videoda, digər məqamlarla yanaşı, Apple da istehza ilə tənqid olunub. Çünki şirkət vəd verməsinə baxmayaraq, iPhone 16 üçün süni intellekt əsaslı yeni Siri səsli köməkçisini təqdim etməyib. 30 saniyəlik video Dr. Dre-nin “The Next Episode” mahnısının instrumental versiyası ilə müşayiət olunur. Kadrlarda Pixel 10 modeli Moonstone adlı rəng çalarında nümayiş etdirilir.
         Videoda səslənən kadrarxası səs belə deyir: “Əgər siz yeni smartfonu yalnız tezliklə gələcəyi deyilən bir funksiyaya görə alırsınızsa… amma həmin funksiya bütöv 1 il ərzində gəlmirsə… bəlkə də ‘tezliklə’ sözünün mənasını yenidən düşünmək lazımdır… və ya sadəcə telefonunuzu dəyişin”.
         Bu sözlərin ötən il keçirilmiş WWDC 2024 sərgisində təqdim olunmuş süni intellekt əsaslı yeni Siri versiyasına bir eyham olduğu açıq-aşkardır. Daha sonra, sentyabr ayında keçirilmiş iPhone 16 təqdimatında Apple bildirmişdi ki, bütün yeni smartfonlar yenilənmiş Siri-ni dəstəkləyəcəklər. Lakin o vaxtdan bəri demək olar ki, 1 il keçib və süni intellekt əsaslı Siri hələ də işıq üzü görməyib. Bu ilin əvvəlində Apple rəsmi olaraq yenilənmiş səsli köməkçisinin təqdimatını növbəti ilə təxirə saldığını açıqlayıb. Video “Smartfonunuzdan daha çoxunu tələb edin” şüarı ilə yekunlaşır. Görünür, Google bu şüarı Pixel 10-un bütün həyat dövrü ərzində əsas reklam devizi kimi istifadə edəcək. Qeyd etmək lazımdır ki, Pixel 10 seriyasının təqdimatı 20 avqust tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Böyük şirkətlər bu il süni intellektə ümumilikdə 344 miyard dollar xərcləyəcəklər
    boyuk-sirketler-bu-il-suni-intellekte-umumilikde-344-miyard-dollar-xercleyecekler
    Apple özünün ChatGPT analoqu üzərində çalışır
    apple-ozunun-chatgpt-analoqu-uzerinde-calisir
    Tim Cook Apple şirkətinə rəhbərlik müddətinə görə Steve Jobs-un rekordunu qırıb
    tim-cook-apple-sirketine-rehberlik-muddetine-gore-steve-jobs-un-rekordunu-qirib
    Apple 3 milyardıncı iPhone-nunu satıb
    apple-3-milyardinci-iphone-nunu-satib
    Bing Google-un axtarış trafikinin bir hissəsini özünə çəkə bilib
    bing-google-un-axtaris-trafikinin-bir-hissesini-ozune-ceke-bilib