
Bing Google-un axtarış trafikinin bir hissəsini özünə çəkə bilib
Proqram Təminatı
01.08.2025
Emil Nəcəfov
2 il əvvəl Microsoft öz axtarış sistemi olan Bing-ə süni intellekt funksiyaları əlavə edəndə, bu addım Google-un meydanına çıxmaq və axtarış bazarındakı payını artırmaq məqsədi daşıyırdı. İndi isə aydın olur ki, Microsoft-un planı uğurlu olub: şirkət həm ABŞ-da, həm də qlobal miqyasda Google-un hesabına veb-axtarış bazarında öz payını artırmağı bacarıb. Rüblük maliyyə hesabatında Microsoft bildirib ki, axtarış və xəbər reklamlarından ümumi gəliri ötən maliyyə ilində (30 iyun tarixində başa çatıb) 1.6 milyard dollar və ya 13% artıb. Trafik cəlbetmə xərcləri (TAC) nəzərə alınmadan isə xalis gəlir 20% artıb - bu artım axtarış sorğularının sayının və hər sorğudan əldə olunan gəlirin artması ilə izah olunur.

Bing-də sorğu sayındakı artım artıq 1 ildən çoxdur ki, müşahidə olunur və Microsoft-un axtarış bölməsinin rəhbəri Jordi Ribas bu həftə X sosial şəbəkəsində bildirib ki, şirkət masaüstü veb-axtarış bazarında da payını artırıb. Comscore statistikasına əsasən, hazırda Bing-in ABŞ axtarış bazarındakı payı 29%, Google-un payı isə təxminən 60% təşkil edir. Microsoft-un bazar payı, 2023-cü ilin fevralında Bing Chat istifadəyə verildiyi vaxtla müqayisədə 2.1% artıb. Son 2 il ərzində dünyada masaüstü axtarış seqmentində Bing-in bazar payı 3.4% artaraq 11.6%-ə çatıb. Həm StatCounter, həm də Comscore qeyd edir ki, bu dövrdə Google-un payı dünya üzrə 6.1%, ABŞ-da isə 1.2% azalıb.

Bu kiçik faiz fərqləri əslində milyardlarla dollarlıq reklam gəlirləri deməkdir. Microsoft-un maliyyə məsələləri üzrə vitse-prezidenti 2 il əvvəl, Bing Chat istifadəyə verilən vaxt belə demişdi: “Axtarış reklam bazarında hər bir faiz artım, reklam biznesimiz üçün 2 milyard dollarlıq gəlir imkanıdır”. Lakin yalnız masaüstü axtarışı deyil, eyni zamanda planşetlər və smartfonları da nəzərə alsaq, Bing-in nailiyyətləri o qədər də təsirli görünmür. StatCounter-in məlumatına görə, Bing-in bütün platformalarda qlobal bazar payı cəmi 4%, Google-un isə təxminən 90%-dir. Bu isə o deməkdir ki, Microsoft-un Windows sistemində istifadəçiləri Bing və Edge brauzerinə yönləndirmək üçün atdığı addımlar masaüstü axtarış bazarına mobil seqmentdən daha çox təsir edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Gemini 2.5 Deep Think süni intellekt modeli istifadəyə verilib

Google Gemini 2.5 Deep Think süni intellekt modeli istifadəyə verilib
Google DeepMind şirkətin indiyədək yaratdığı ən qabaqcıl süni intellekt modeli olan Gemini 2.5 Deep Think-in istifadəyə verildiyini elan edib.
Microsoft gələn il Windows 11 SE-nin dəstəyini dayandıracaq

Microsoft gələn il Windows 11 SE-nin dəstəyini dayandıracaq
Gələn il, təqdimatından 5 il sonra, Microsoft ucuz noutbuklar üçün nəzərdə tutulmuş və Google Chromebook sinifli kompüterlərlə rəqabət aparmaq məqsədi daşıyan Windows 11 SE əməliyyat sisteminin dəstəyini dayandıracaq.
Google Pixel Buds 2a naqilsiz qulaqlığının render fotosu ortaya çıxıb

Google Pixel Buds 2a naqilsiz qulaqlığının render fotosu ortaya çıxıb
20 avqut tarixində Made by Google tətəqdimat tədbiri keçiriləcək. Həmin tədbir çərçivəsində şirkət Pixel 10 smartfon seriyasını və Pixel Watch 4 smart saatını təqdim edəcək. Lakin tədbir zamanı şirkət həmçinin Pixel Buds 2a adlı yeni naqilsiz qulaqlığını da təqdim edə bilər.
Aparıcı İT şirkətlər süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər

Aparıcı İT şirkətlər süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər
Aparıcı texnologiya şirkətləri rüblük hesabatlarda təsirli maliyyə nəticələri nümayiş etdirərək süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər.
İT nəhənglər süni intellekt ilə bağlı iddialı vədlərini geri çəkməyə başlayıblar

İT nəhənglər süni intellekt ilə bağlı iddialı vədlərini geri çəkməyə başlayıblar
ABŞ-da İşgüzar Təcrübənin Yaxşılaşdırılması Bürosuna (Better Business Bureau) daxil olan Milli Reklam Şöbəsi (National Advertising Division, NAD) Apple, Google, Microsoft və Samsung şirkətlərinin süni intellektlə bağlı məhsulları reklam edən bir çox marketinq materiallarını araşdırıb və tənqid edib.
Həftənin xəbərləri

