main-post-cover

    Google Pixel Watch 4 ağıllı saatı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    21.08.2025
    Emil Nəcəfov
         Google şirkəti Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL və qatlana bilən Pixel 10 Pro Fold smartfonları ilə yanaşı yeni ağıllı saatını da təqdim edib. Söhbət, Pixel Watch 4-dən gedir. Pixel Watch 4 özünəməxsus dairəvi formasını qoruyub saxlayıb, lakin indi fiziki olaraq əyilmiş Actua 360 ekranla təchiz olunub. Bu həll ekranın aktiv sahəsini 10% artırıb, çərçivələri 16% azaldıb və çərçivəsiz effekt yaradıb. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit-ə çatdırılıb. Pixel Watch 4 batareyası nəzərəçarpacaq dərəcədə dözümlü olub. İşləmə müddəti 41 mm versiyada 30 saata, 45 mm modeldə isə 40 saata qədər artırılıb. Enerjiyə qənaət rejimi işləmə müddətini müvafiq olaraq 2 və 3 günədək uzadır. Sürətli şarj isə 25% yaxşılaşdırılıb: indi cəmi 15 dəqiqəyə batareyanı 50% enerji ilə təmin etmək mümkündür. Ağıllı saat Snapdragon W5 Gen 2 prosessoru və machine learning texnologiyasını dəstəkləyən soprosessor əsasında qurulmuş hibrid hesablama arxitekturası ilə təchiz olunub.
         Cihazın gövdəsi aerokosmik alüminiumdan hazırlanıb. Onun ekranı Corning Gorilla Glass qoruyucu şüşəsi ilə qorunur, gövdəsi isə 50 metrədək suya davamlılıq təmin edir. İlk dəfə olaraq bu ağıllı saat xidmət baxımından daha rahat olub: indi batareya və ekran rahatlıqla dəyişdirilə bilir. Əsas yenilik isə müstəqil peyk rabitəsi dəstəyidir. Pixel Watch 4 LTE - dünyanın ilk ağıllı saatıdır ki, geostasionar peyklərə birbaşa qoşularaq mobil şəbəkənin olmadığı yerlərdə belə təcili yardım çağırışı edə bilir. Sağlamlıq və idmana da böyük diqqət yetirilib. Pixel Watch 4 ən dəqiq yuxu keyfiyyəti izləməsini təklif edir - yeni machine learning alqoritmləri dəqiqliyi 18% artırıb. Dərinin temperaturunu ölçən sensor əlavə olunub ki, bu da vəziyyətin dəyişməsini izləməyə imkan verir. İkizolaqlı GPS sıx tikilili ərazilərdə və ya meşədə belə marşrutun ən dəqiq müəyyən edilməsini təmin edir. Saat hətta məşq işə salınmadan belə aktivliyi avtomatik tanıyır və hesabatlar formalaşdırır.
         Xüsusi diqqət velosipedçilərə yönəldilib: artıq göstəriciləri birbaşa saatdan sükan üzərində quraşdırılmış Fitbit tətbiqinin ekranına ötürmək mümkündür. Pixel Watch 4 ilə birlikdə Google, Gemini əsasında şəxsi sağlamlıq üzrə süni intellekt məşqçisini təqdim etdi. O, yuxu və məşq məlumatlarını analiz edir, tövsiyələr verir və məqsədlərə çatmağa kömək edir. ABŞ-da bu funksiya oktyabr ayında yenilənmiş Fitbit tətbiqi vasitəsilə ilkin versiya kimi istifadəyə veriləcək. Saat həmçinin süni intellekt əsaslı “ağıllı cavablar” funksiyasını və “qaldır və danış” jestini dəstəkləyir: Gemini-yə müraciət etmək üçün sadəcə əli qaldırmaq kifayətdir. Pixel Watch 4 üçün ön sifariş artıq bu gündən açıqdır, satışa isə 9 oktyabrda çıxacaq. Qiymət əvvəlki nəsil səviyyəsində qalıb: 41 mm (Wi-Fi) model üçün 349$ və LTE versiya üçün 449$. 45 mm versiyası isə müvafiq olaraq 399$ və 499$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən Google Pixel 10 Pro Fold təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-google-pixel-10-pro-fold-teqdim-olunub-qiymeti
    Google Pixel 10, Pixel 10 Pro və Pixel 10 Pro XL təqdim edilib - QİYMƏTİ
    google-pixel-10-pixel-10-pro-ve-pixel-10-pro-xl-teqdim-edilib-qiymeti
    Google Messages-də göndərilmiş mesajların silinməsi funksiyası istifadəyə verilib
    google-messages-de-gonderilmis-mesajlarin-silinmesi-funksiyasi-istifadeye-verilib
    Google Translate tərcümənin dəqiqliyini artırmaq üçün Gemini-dən istifadə edəcək
    google-translate-tercumenin-deqiqliyini-artirmaq-ucun-gemini-den-istifade-edecek
    Gemini Google Docs-dakı sənədləri səsləndirməyi öyrənib
    gemini-google-docs-daki-senedleri-seslendirmeyi-oyrenib