main-post-cover

    Google Messages-də göndərilmiş mesajların silinməsi funksiyası istifadəyə verilib

    Proqram Təminatı
    20.08.2025
    Emil Nəcəfov
         Android-in son versiyalarında Messages tətbiqi üçün sınaq rejimində yeni funksiya peyda olub. Bu, standart ünsiyyət vasitəsini messencerlərə yaxınlaşdırır və istifadəçiyə səhvən yanlış kontakta mesaj göndərdiyi və ya sadəcə yazdığını bölüşməkdən vaz keçdiyi halda düzəliş etmək imkanı verir. Söhbət? artıq göndərilmiş mesajı silmək imkanından gedir. Bunun üçün göndərilmiş mesajı seçmək, sonra isə zibil qutusu ikonuna toxunaraq təklif olunan variantlardan birini seçmək kifayətdir - “Delete for everyone” və ya “Delete for me”. Birinci halda, mesaj yalnız qarşı tərəf onu oxumağa macal tapmayıbsa, onun ekranından da silinəcək. Qeyd etmək lazımdır ki, adi SMS-lərdə bu funksiya texnologiyanın məhdudiyyətlərinə görə işləməyəcək. Lakin bəzi RCS yazışma istifadəçiləri artıq bu yeni imkanı sınaqdan keçirə bilirlər. Məlumata görə, mesajların silinməsi funksiyası ilk dəfə fevral ayında peyda olub, lakin geniş yayılmağa yalnız indi başlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Translate tərcümənin dəqiqliyini artırmaq üçün Gemini-dən istifadə edəcək
    google-translate-tercumenin-deqiqliyini-artirmaq-ucun-gemini-den-istifade-edecek
    Gemini Google Docs-dakı sənədləri səsləndirməyi öyrənib
    gemini-google-docs-daki-senedleri-seslendirmeyi-oyrenib
    Google Flight Deals süni intellekt funksiyası ən sərfəli uçuş reyslərini tapmaqda kömək edəcək
    google-flight-deals-suni-intellekt-funksiyasi-en-serfeli-ucus-reyslerini-tapmaqda-komek-edecek
    Google Translate dillərin öyrənilməsi üzrə repetitora çevriləcək
    google-translate-dillerin-oyrenilmesi-uzre-repetitora-cevrilecek
    Google-dan olan startapın lazer interneti dəniz və dağlarda 100 Gbit/s sürətində internet bağlantısını təmin edib
    google-dan-olan-startapin-lazer-interneti-deniz-ve-daglarda-100-gbits-suretinde-internet-baglantisini-temin-edib