main-post-cover

    Google şirkətinin genişləndirilmiş reallıq (XR) eynəyinin prototipi sərgilənib

    Cihazlar+
    09.04.2025
    Emil Nəcəfov
         2024-cü ilin sonunda Google, Samsung Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış Android XR əməliyyat sistemini təqdim etdi. Android XR platforması süni zəkanı, artırılmış reallığı (AR) və virtual reallığı (VR) bir araya gətirərək genişləndirilmiş reallıq (XR, extended reality) qurğuları ilə qarşılıqlı əlaqəni mümkün edir. Bu gün TED2025 tədbirində Android XR-ın rəhbəri Shahram Izadi öz çıxışı zamanı cihazın bəzi funksiyalarını nümayiş etdirmək üçün XR eynəklərinin prototipindən istifadə edib. Google, Android XR üçün xüsusi olaraq Maps, YouTube, Chrome və digər tətbiqlərin XR versiyalarını hazırlayıb.
         Hazırda şirkət XR rejimində çoxpəncərəli brauzer versiyası üzərində işləyir və Google Play-dəki mövcud tətbiqlərin dəstəklənməsini təmin etməyə çalışır. İnterfeysindən əlavə, Android XR adi əməliyyat sistemindən Gemini adlı multimodal süni zəka modelinə əsaslanan genişləndirilmiş funksiyalar toplusu ilə fərqlənir. Google-un sözlərinə görə, bu model XR cihazlarının funksionallığını əhəmiyyətli dərəcədə artıracaq. Hazırda Google və Samsung süni zəka sahəsində Google-un son nailiyyətlərindən istifadə edərək Android XR əməliyyat sistemi ilə işləyən cihazlar üzərində işləyirlər.
         Google diqqətini eynək form-faktoruna yönəldib, Samsung isə Apple Vision Pro-ya bənzər bir cihaz hazırlayır. Hazırda Android XR əsaslı Google cihazları barədə çox az məlumat var, lakin İzadinin bu eynəklərlə çıxış etməsi şirkətin bu sahədəki ciddi niyyətlərini təsdiqləyir. Izadi-nin istifadə etdiyi eynək daha əvvəl internetə sızmış prototip şəkillərindən fərqlənmir. Çıxış zamanı fars dilindən ingilis dilinə tərcümə prosesi, şəkillərin tanınması və Android cihazları ilə eynəklər arasında qarşılıqlı əlaqə nümayiş etdirilib. Android XR əməliyyat sistemi ilə işləyən istehlakçı məhsullarının satışa çıxarılma vaxtı ilə bağlı hələlik konkret bir məlumat verilməyib.
    Mənbə: 9to5google
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka əsaslı Google Gemini Code Assist köməkçisinə yeni imkanlar əlavə edilib
    suni-zeka-esasli-google-gemini-code-assist-komekcisine-yeni-imkanlar-elave-edilib
    Google məntiq yürüdə bilən Gemini 2.5 Flash süni zəka modelini təqdim edib
    google-mentiq-yurude-bilen-gemini-25-flash-suni-zeka-modelini-teqdim-edib
    Google videolar üçün Vertex AI Studio adlı süni zəka alətləri platformasını təqdim edib
    google-videolar-ucun-vertex-ai-studio-adli-suni-zeka-aletleri-platformasini-teqdim-edib
    Google bəzi süni zəka mütəxəssislərinə digər şirkətlərə keçməmələri üçün ödəniş edir
    google-bezi-suni-zeka-mutexessislerine-diger-sirketlere-kecmemeleri-ucun-odenis-edir
    ChatGPT süni zəka əsaslı ən məşhur çat-bot olaraq qalır
    chatgpt-suni-zeka-esasli-en-meshur-cat-bot-olaraq-qalir