main-post-cover

    Google məntiq yürüdə bilən Gemini 2.5 Flash süni zəka modelini təqdim edib

    Süni İntellekt
    09.04.2025
    Emil Nəcəfov
         Google yüksək məhsuldarlıq və səmərəliliyə fokuslanan yeni süni zəka modelini təqdim edib. Bu model Gemini 2.5 Flash adlanır və tezliklə süni zəka modellərinin yerləşdirilməsi və idarə olunması üçün nəzərdə tutulmuş Google Cloud-un Vertex AI platformasında əlçatan olacaq. Şirkət qeyd edir ki, Gemini 2.5 Flash “dinamik və idarə olunan” hesablamalar təklif edir, bu isə tərtibatçılara sorğuların işlənmə vaxtını onların mürəkkəbliyindən asılı olaraq tənzimləməyə imkan verir. “İstifadəçilər sürət, dəqiqlik və xərclərin balansını öz spesifik ehtiyaclarına uyğun şəkildə tənzimləyə bilərlər. Bu çeviklik, Flash modelinin yüksək yüklü və xərclərə həssas tətbiqlərdə performansını optimallaşdırmaq üçün əsasdır” - deyə şirkət rəsmi bloqunda bildirib.
         Flagman süni zəka modellərindən istifadə xərclərinin artdığı bir vaxtda Gemini 2.5 Flash olduqca faydalı ola bilər. 2.5 Flash kimi daha ucuz və məhsuldar modellər baha başa gələn flaqman modellərə cəlbedici alternativ təklif edir, lakin bu, müəyyən dəqiqlik itkisi bahasına başa gəlir. Gemini 2.5 Flash - OpenAI-nin o3-mini DeepSeek-in R1 modelləri kimi “məntiq yürüdə bilən” modeldir. Bu o deməkdir ki, faktların yoxlanması və sorğulara cavab vermək üçün bir qədər artıq vaxt tələb edir. Google bildirir ki, 2.5 Flash böyük həcmli məlumatlarla işləmək və real vaxt rejimində istifadə üçün idealdır - xüsusilə müştəri xidmətləri və sənədlərin təhlili kimi tapşırıqlarda. “Bu işçi model xüsusi olaraq aşağı gecikmə və xərclərin azaldılması üçün optimallaşdırılıb. Bu, geniş miqyasda effektivliyin əsas rol oynadığı sahələrdə, məsələn, operativ işləyən virtual köməkçilər və real vaxtda xülasə alətləri üçün ideal mühərrikdir” - deyə şirkət yeni süni zəka modelini təsvir edir.
         Google Gemini 2.5 Flash üçün nə təhlükəsizlik hesabatı, nə də texniki göstəricilər dərc edib ki, bu da onun üstünlüklərini və çatışmazlıqlarını müəyyənləşdirməyi çətinləşdirir. Şirkət daha əvvəl bildirmişdi ki, təcrübi hesab etdiyi modellər üçün hesabatlar dərc etmir. Google həmçinin elan edib ki, bu ilin üçüncü rübündən etibarən Gemini 2.5 Flash kimi modelləri lokal mühitlərə inteqrasiya etməyi planlaşdırır. Bu modellər Google Distributed Cloud (GDC) platformasında əlçatan olacaq - bu, məlumatların idarə olunması ilə bağlı sərt tələbləri olan müştərilər üçün nəzərdə tutulmuş Google-un lokal həllidir. Şirkət əlavə edib ki, hazırda NVIDIA ilə birgə Gemini modelini GDC ilə uyğun olan NVIDIA Blackwell sistemlərinə quraşdırmaq üzərində işləyirlər. Müştərilər bu sistemləri ya birbaşa Google vasitəsilə, ya da öz kanalları ilə əldə edə biləcəklər.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google videolar üçün Vertex AI Studio adlı süni zəka alətləri platformasını təqdim edib
    google-videolar-ucun-vertex-ai-studio-adli-suni-zeka-aletleri-platformasini-teqdim-edib
    Avropa "süni zəka qitəsi"nə çevrilməyi planlaşdırır
    avropa-suni-zeka-qitesine
    Çin süni zəka yarışında ABŞ-dan geriliyini azaldıb
    cin-suni-zeka-yarisinda-abs-dan-geriliyini-azaldib
    Britaniya hökuməti potensial qatillərin axtarışı üçün alqoritm hazırlayır
    britaniya-hokumeti-potensial-qatillerin-axtarisi-ucun-alqoritm-hazirlayir
    Amazon şirkəti Nova Sonic adlı səsli süni zəka modelini təqdim edib
    amazon-sirketi-nova-sonic-adli-sesli-suni-zeka-modelini-teqdim-edib