
Gündəlik işlər üçün nəzərdə tutulmuş büdcəli REDMI A27 2026 monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
01.08.2025
Emil Nəcəfov
Xiaomi-nin REDMI brendi gündəlik işlər üçün nəzərdə tutulmuş yeni büdcəli monitorunu təqdim edib. Yeni monitor REDMI A27 2026 adlanır. Beləliklə bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 6 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 və DisplayPort girişlərini birləşdirir. REDMI A27 2026 yaxın zamanda 90$ qiymətində Çində satışa çıxacaq. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Sentyabrda Xiaomi-nin 7 smartfonunda HyperOS 3 istifadəyə veriləcək

Sentyabrda Xiaomi-nin 7 smartfonunda HyperOS 3 istifadəyə veriləcək
Xiaomi şirkəti hal-hazırda Android 16 əsaslı HyperOS 3 istifadəçi interfeysi üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən şirkət hazırlanan bu yeni istifadəçi interfeysini sentyabr ayında istifadəyə verəcək.
Xiaomi 16 Pro Max superflaqmanı hazırlanır

Xiaomi 16 Pro Max superflaqmanı hazırlanır
Xiaomi şirkəti bu ilin payız fəslində Xiaomi 16 smartfon seriyasını təqdim etməlidir. Ortaya çıxmış yeni məlumata əsasən bu seriyaya Xiaomi 16 Pro Max adlı superflaqman model daxil olacaq.
Təqdimata hazırlaşan REDMI 15C 5G-nin render fotosu təqdim edilib

Təqdimata hazırlaşan REDMI 15C 5G-nin render fotosu təqdim edilib
Xiaomi-nin REDMI brendi yaxın zamanda büdcəli REDMI 15C 5G smartfonunu təqdim etməlidir. İndi isə insayderlər bu yeni büdcəli smartfonun render fotosunu təqdim ediblər.
Sentyabrda Xiaomi-nin 9 smartfonunun dəstəyi dayandırılacaq

Sentyabrda Xiaomi-nin 9 smartfonunun dəstəyi dayandırılacaq
Xiaomi mütəmadi şəkildə öz köhnə smartfonlarının dəstəklərini dayandırır. Şirkət bunu həmin cihazları özünün EoS (End of Support) siyahısına daxil etməklə edir.
Orta büdcəli Redmi Note 14 SE 5G təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Redmi Note 14 SE 5G təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Redmi Note 14 SE 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib.
Həftənin xəbərləri

