main-post-cover

    Xiaomi 16 Pro Max superflaqmanı hazırlanır

    Cihazlar+
    29.07.2025
    Emil Nəcəfov
         Xiaomi şirkəti bu ilin payız fəslində Xiaomi 16 smartfon seriyasını təqdim etməlidir. Ortaya çıxmış yeni məlumata əsasən bu seriyaya Xiaomi 16 Pro Max adlı superflaqman model daxil olacaq. İnsayderlər bildiriblər ki, Xiaomi 16 Pro Max modeli böyük ölçülü ekranı, innovasiyalı kameraları və böyük həcmli batareyanı əldə edəcək. Məlumata əsasən smartfon 2K keyfiyyətli yastı ekranla təchiz olunacaq. Cihaz özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcək. Onlardan biri 5 qat optik zoom-a sahib periskop teleobyektiv olacaq. İnsayderlərin sözlərinə inansaq, Xiaomi 16 Pro Max 100 vatt gücündə sürətli şarj texnologiyalı 7500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan REDMI 15C 5G-nin render fotosu təqdim edilib
    teqdimata-hazirlasan-redmi-15c-5g-nin-render-fotosu-teqdim-edilib
    Sentyabrda Xiaomi-nin 9 smartfonunun dəstəyi dayandırılacaq
    sentyabrda-xiaomi-nin-9-smartfonunun-desteyi-dayandirilacaq
    Orta büdcəli Redmi Note 14 SE 5G təqdim edilib - QİYMƏTİ
    orta-budceli-redmi-note-14-se-5g-teqdim-edilib-qiymeti
    REDMI böyük həcmli batareyaya sahib smartfonun təqdimatına hazırlaşır
    redmi-boyuk-hecmli-batareyaya-sahib-smartfonun-teqdimatina-hazirlasir
    Xiaomi YU7 rəsmi yürüş məsafəsindən daha az yol qət edir
    xiaomi-yu7-resmi-yurus-mesafesinden-daha-az-yol-qet-edir