
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
Cihazlar+
11.07.2025
Emil Nəcəfov
11 iyul 2025-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda HONOR 400 və HONOR 400 Pro smartfonlarının rəsmi satışı başladı. Yeni seriya süni intellektlə gücləndirilmiş qabaqcıl fotoçəkiliş imkanlarını özündə birləşdirərək istifadəçilərə mobil çəkiliş və görüntüdə düzəlişlərin edilməsi sahəsində yeni imkanlar təqdim edir. HONOR 400 Pro f/1.9 diafraqma genişliyi və ikili stabilizasiya (OIS və EIS) ilə təchiz olunmuş 200 MP əsas AI kamera, 50 MP telefoto kamera, 12 MP ultra geniş bucaqlı kamera və 50 MP ön kameraya sahibdir.

HONOR 400 modelində isə 200 MP əsas kamera, 12 MP ultra geniş bucaqlı və 50 MP ön kamera mövcuddur. Hər iki model “HONOR AI Image Engine” texnologiyası ilə təchiz olunub. Bu sistem “AI Super Zoom” (400-də 30x, Pro-da 50x), “AI Portret Snap”, “AI Dual-lens Bokeh” funksiyalarını və “Harcourt” ilə “Fotolent” kimi bədii rejimləri dəstəkləyir. Redaktə alətlərinə obyekt və yansıma silinməsi, AI şəkildən videoya çevirmə, görüntü genişləndirmə və keyfiyyətin artırılması(upscale) daxildir.

Hər iki smartfon 6000 mAh tutumlu batareya ilə təchiz olunub. HONOR 400 80 Vt (20 dəqiqəyə 60 %), HONOR 400 Pro isə 100 Vt gücündə enerji yığmanı dəstəkləyir (15 dəqiqəyə 51%, 42 dəqiqəyə 100%), əlavə olaraq 50 Vt simsiz və əks enerji yığma funksiyalarına da malikdir. Modellər MagicOS 9.0 (Android 15) əməliyyat sistemi ilə çalışır və ağıllı funksiyalarla təchiz olunub: səs tanıma, tərcümə, mətn və vizual kontentlə işləmə, o cümlədən “deepfake”lərdən qorunma imkanı. Magic Capsule isə bildirişlərlə rahat işləməyi təmin edir.

AMOLED displeylər: HONOR 400 - 6,55 düym, HONOR 400 Pro - 6,7 düym, 120 Hz yenilənmə tezliyi, 2800x1280 təsvir ölçüsü, 5000 nitə qədər parlaqlıq. “Sunlight Display Enhancement” və “HONOR Eye Comfort” texnologiyaları uzun istifadə zamanı da göz rahatlığını təmin edir: 3840 Hz PWM, mavi işıq filtri, “Təbii ton 2.0” və sirkadiya gecə rejimi. HONOR 400 IP66, HONOR 400 Pro isə IP68 və IP69 standartlarına uyğun olaraq suya və toza qarşı qorunma sertifikatlarına malikdir. Hər iki model SGS tərəfindən 5 ulduzlu davamlılıq sertifikatı ilə təsdiqlənib - bu, onların düşmə və zərbələrə qarşı davamlı olduğunu göstərir. Rəng seçimləri:
HONOR 400 - Gecəyarısı Qara, Meteorit Gümüşü, Səhra Qızılı
HONOR 400 Pro - Gecəyarısı Qara, Ay Bozu

HONOR 400 seriyası artıq Azərbaycanda aşağıdakı mağazalarda satışdadır:
İrşad, Kontakt Home, Soliton, Umico, World Telecom, Smart Electronics, Digital Home və Barkod. Nağd alışda qiymətlər:
HONOR 400
8 GB + 128 GB - 899.99 AZN
12 GB + 256 GB - 999.99 AZN
12 GB + 512 GB - 1099.99 AZN
HONOR 400 Pro
12 GB + 256 GB - 1249.99 AZN
12 GB + 512 GB - 1 449.99 AZN
11-31 iyul tarixləri arasında HONOR 400 seriyasından istənilən modeli alanlara HONOR CHOICE Watch smart saatı hədiyyə olunur.




Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Honor Magic 8 Pro barəsində ilk təfərrüatlar təqdim edilib

Honor Magic 8 Pro barəsində ilk təfərrüatlar təqdim edilib
Honor şirkəti bu ilin payız fəslində Honor Magic 8 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Honor Magic 8 Pro olacaq.
Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
Honor şirkəti dünən Honor X70 smartfonunun rəsmi təqdimatını anons etdi. Sözügedən smartfon 15 iyul tarixində Çində təqdim olunacaq. İndi isə bu smartfonun 4 gövdə rəngində fotolarını təqdim edib.
Honor X70 smartfonunun təqdimatı anons edilib

Honor X70 smartfonunun təqdimatı anons edilib
Honor şirkəti Honor X70 smartfonunun təqdimatına hazırlaşır. Dünən insayderlər onun ilk real fotolarını təqdim etdilər. İndi isə şirkət smartfonun təqdimatını rəsmi şəkildə anons edib.
Honor X70-in ilk real fotoları təqdim edilib

Honor X70-in ilk real fotoları təqdim edilib
İnsayderlər hələ təqdim olunmamış Honor X70 smartfonunun ilk real fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolarda smartfonun həm ön həm də arxa paneli əks olunub.
Honor MagicPad 3 planşeti təqdim edilib - QİYMƏTİ

Honor MagicPad 3 planşeti təqdim edilib - QİYMƏTİ
Honor şirkəti MagicPad 3 adlı yeni planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı, flaqman Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Həftənin xəbərləri

