main-post-cover

    Honor 400 Smart 5G smartfonu təqdim edilib

    Cihazlar+
    08.08.2025
    Emil Nəcəfov
         Honor şirkəti Honor 400 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Honor 400 Smart 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor 400 Smart 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1610x720 piksel keyfiyyətli 6.77 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 700 nit təşkil edir. Bundan əlavə olaraq Honor 400 Smart 5G-nin gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor 400 Smart 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor 400 Smart 5G-nin nə zaman və hansı qiymətə satışa çıxacağı daha sonra açıqlanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Honor Play10C smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-honor-play10c-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli Honor Play 70 Plus smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-honor-play-70-plus-smartfonu-teqdim-edilib-qiymeti
    Honor Magic 8 Ultra flaqman smartfonu barəsində təfərrüatlar təqdim edilib
    honor-magic-8-ultra-flaqman-smartfonu-baresinde-teferruatlar-teqdim-edilib
    HONOR 400 və 400 Pro icmalı: hansını, niyə alım?
    honor-400-ve-400-pro-orta-seqmentin-flaqmana-yaxin-yeni-smartfonlari
    Büdcəli Honor Pad X7 planşeti təqdim edilib - QİYMƏTİ
    budceli-honor-pad-x7-planseti-teqdim-edilib-qiymeti