main-post-cover

    Honor Magic 8 Ultra flaqman smartfonu barəsində təfərrüatlar təqdim edilib

    Cihazlar+
    31.07.2025
    Emil Nəcəfov
         Honor şirkəti yaxın aylar ərzində Honor Magic 8 smartfon seriyasını təqdim etməlidir. Gözləntilərə əsasən bu seriyaya daxil olacaq modellərdən biri də Honor Magic 8 Ultra olacaq. Bu modelin Samsung Galaxy S26 UltraXiaomi 16 Ultra kimi smartfonlarla rəqabət aparacağı güman edilir. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Honor Magic 8 Ultra-nın texniki imkanları barəsində təfərrüatları bölüşüb.
         İnsayderin sözlərinə əsasən hazırlanan Honor Magic 8 Ultra smartfonu Snapdragon 8 Elite 2 prosessoru vasitəsilə çalışacaq. Bu prosessor smartfonu hətta ən tələbkar tapşırıqlar çərçivəsində də yüksək performans ilə təmin etməlidir. Məlumatda qeyd edilib ki, Honor Magic 8 Ultra-nın prototipi özündə LOFIC dəstəkli böyük ölçülü OmniVision kamera sensorunu və optik zoom-dan cavabdeh olan 200 MP-lik periskop kamera modulunu birləşdirir. İnsayder bildirib ki, Honor mühəndislərinin sözlərinə əsasən “Honor Magic 8 Ultra onun indiyədək heç zaman görmədiyi bir şeydir”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HONOR 400 və 400 Pro icmalı: hansını, niyə alım?
    honor-400-ve-400-pro-orta-seqmentin-flaqmana-yaxin-yeni-smartfonlari
    Büdcəli Honor Pad X7 planşeti təqdim edilib - QİYMƏTİ
    budceli-honor-pad-x7-planseti-teqdim-edilib-qiymeti
    Honor Tablet GT2 Pro planşeti təqdim edilib - QİYMƏTİ
    honor-tablet-gt2-pro-planseti-teqdim-edilib-qiymeti
    Orta büdcəli Honor X70 5G təqdim olunub - QİYMƏTİ
    orta-budceli-honor-x70-5g-teqdim-olunub-qiymeti
    HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
    honor-400-seriyasindaki-suni-intellektle-elinizdeki-imkanlar-inanilmaz-gelecek