main-post-cover

    Honor GT Pro-nun təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    16.04.2025
    Emil Nəcəfov
         Honor şirkəti keçən ilin dekabr ayının ortasında Honor GT smartfonunu təqdim etmişdi. İndi isə şirkət Honor GT Pro smartfonunu təqdim etməyə hazırlaşır. Belə ki, Honor bu yeni smartfonun təqdimatını rəsmi şəkildə anons edib. Şirkət tərəfindən təqdiş edilmiş posterə əsasən Honor GT Pro smartfonu 23 aprel tarixində Çində təqdim ediləcək. Bununla yanaşı posterdə smartfonun arxa paneli də əks olunub. Görmək olar ki, Honor GT Pro-nun arxa panel dizaynı adi Honor GT-nin arxa panel dizaynından fərqlənəcək və bu fərqlilik məhz kamera sahəsini əhatə edəcək. Lakin adi Honor GT kimi Honor GT Pro da yastı gövdə dizaynını əldə edəcək. Fotolara əsasən yeni smartfon özündə dördlü arxa kameranı birləşdirəcək. Honor GT Pro-nun texniki imkanları barəsində məlumat olmasa da, gözləntilərə əsasən o, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    8000 mAh-lıq batareyaya sahib Honor Power smartfonu təqdim edilib - QİYMƏTİ
    8000-mah-liq-batareyaya-sahib-honor-power-smartfonu-teqdim-edilib-qiymeti
    Qlobal bazarda orta büdcəli Honor 400 Lite smartfonu təqdim olunub
    qlobal-bazarda-orta-budceli-honor-400-lite-smartfonu-teqdim-olunub
    Honor 400 və Honor 400 Pro-nun bəzi texniki imkanları açıqlanıb
    honor-400-ve-honor-400-pro-nun-bezi-texniki-imkanlari-aciqlanib
    Honor kompakt ölçülü smartfon üzərində çalışır
    honor-kompakt-olculu-smartfon-uzerinde-calisir
    HONOR Magic7 Pro Azərbaycanda satışa çıxır - Qiyməti
    honor-magic7-pro-azerbaycanda-satisa-cixir-qiymeti