main-post-cover

    Honor Magic 8 Pro smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    03.10.2025
    Emil Nəcəfov
         Honor şirkəti yaxın müddətdə Honor Magic 8 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Honor Magic 8 Pro olacaq. İndi isə məlum olub ki, Honor Magic 8 Pro smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Honor Magic 8 Pro-nun prosessoru özündə 2 ədəd 4.61 GHz tezlikli nüvəni və 6 ədəd 3.63 GHz tezlikli nüvəni birləşdirir. Bu göstəricilər isə məhz yeni Snapdragon 8 Elite Gen 5 prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Honor Magic 8 Pro qutudan Android 16-nı əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 3634 xal, çoxnüvəli testi çərçivəsində isə 10813 xal toplayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Honor X9d 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-honor-x9d-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli Honor X5c Plus smartfonunun render fotoları və texniki imkanları ortaya çıxıb
    budceli-honor-x5c-plus-smartfonunun-render-fotolari-ve-texniki-imkanlari-ortaya-cixib
    Orta büdcəli Honor Play10T təqdim olunub - QİYMƏTİ
    orta-budceli-honor-play10t-teqdim-olunub-qiymeti
    Büdcəıli Honor Play10 c smartfonu təqdim olunub
    budceili-honor-play10-c-smartfonu-teqdim-olunub
    Büdcəli Honor Play 70m Plus smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-honor-play-70m-plus-smartfonu-teqdim-edilib-qiymeti