main-post-cover

    Honor MagicPad 3 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.10.2025
    Emil Nəcəfov
         Honor şirkəti Honor Magic 8 flaqman smartfon seriyası ilə yanaşı MagicPad 3 Pro adlı flaqman planşetini də təqdim edib. Şirkətin bu yeni flaqman planşeti böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor MagicPad 3 Pro planşeti 165 Hz-lik təsvir yenilənməsinə sahib 3200x2136 piksel keyfiyyətli 13.3 düym ölçülü LCD ekranla təchiz olunub.Planşet özündə 8 ədəd səsgücləndiricini birləşdirir. Planşetin gövdə qalınlığı 5.79 mm, çəkisi isə 595 qram təşkil edir. Planşet Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor MagicPad 3 Pro özündə 13 MP + 2 MP ikili arxa kameranı və 9 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 80 vatt gücündə sürətli şarj texnologiyalı 12 450 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor MagicPad 3 yaxın günlərdə Çində satışa çıxacaq və onun qiyməti 533$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 8 və Magic 8 Pro flaqman smartfonları təqdim olunub - QİYMƏTİ
    honor-magic-8-ve-magic-8-pro-flaqman-smartfonlari-teqdim-olunub-qiymeti
    Honor MagicPad 3 Pro flaqman planşetinin təqdimatı anons edilib
    honor-magicpad-3-pro-flaqman-plansetinin-teqdimati-anons-edilib
    Honor Magic 8 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
    honor-magic-8-smartfon-seriyasinin-teqdimati-resmi-sekilde-anons-edilib
    Büdcəli Honor X5c Plus smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-honor-x5c-plus-smartfonu-teqdim-edilib-qiymeti
    Honor Magic 8 Pro smartfonu Geekbench testlərindən keçib
    honor-magic-8-pro-smartfonu-geekbench-testlerinden-kecib