main-post-cover

    Honor Watch 5 Pro ağıllı saatı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    16.10.2025
    Emil Nəcəfov
         Honor şirkəti Honor Watch 5 Pro adlı yeni ağıllı saatını təqdim edib. Honor Watch 5 Pro özündə dairəvi gövdə dizaynını birləşdirir. Ağıllı saat 466x466 piksel keyfiyyətli 1.5 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Cihaz iki versiyada təqdim edilib. Birinci versiya Bluetooth dəstəyinə, ikinci versiya isə eSIM dəstəyinə sahibdir. Bluetooth dəstəyinə sahib versiyanın gövdəsi paslanmaz poladdan, eSIM dəstəyinə sahib versiyanın gövdəsi isə nanokristallik keramika və poladdan hazırlanıb. Ağıllı saatın gövdəsi IP68/69K5ATM standartları üzrə sudan və tozdan qorunma imkanına sahibdir.
         Onda Lingtong adlı sensor sistemindən istifadə edilir. Bu isə ağıllı saat vasitəsilə ürək döyüntüləri tezliklərinin, qandakı okisgen miqdarının və təzyiq səviyyəsinin ölçmə dəqiqliyini artırır. Təzyiqin təmassız monitorinqi funksiyası cihazın sağlamlığın kompleks nəzarəti sahəsindəki imkanlarını genişləndirir. Honor Physical Checkup Health Morning Report funksiyaları sayəsində istifadəçilər qan təzyiqi, qanda oksigen səviyyəsi, yuxu keyfiyyəti və ürək-damar risklərinin qiymətləndirilməsi də daxil olmaqla 10-dan çox əsas sağlamlıq göstəricisinə çıxış əldə edə bilərlər. Honor Watch 5 Pro yaxın günlərdə Çində satışa çıxacaq və onun qiyməti 224$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor MagicPad 3 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
    honor-magicpad-3-pro-flaqman-planseti-teqdim-edilib-qiymeti
    Honor Magic 8 və Magic 8 Pro flaqman smartfonları təqdim olunub - QİYMƏTİ
    honor-magic-8-ve-magic-8-pro-flaqman-smartfonlari-teqdim-olunub-qiymeti
    Honor MagicPad 3 Pro flaqman planşetinin təqdimatı anons edilib
    honor-magicpad-3-pro-flaqman-plansetinin-teqdimati-anons-edilib
    Honor Magic 8 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
    honor-magic-8-smartfon-seriyasinin-teqdimati-resmi-sekilde-anons-edilib
    Büdcəli Honor X5c Plus smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-honor-x5c-plus-smartfonu-teqdim-edilib-qiymeti