
Huawei Berlində yeni nəsil biləyə taxılan cihazların model xəttini təqdim etdi və bununla da biləyə taxılan innovativ qurğuların yeni dövrünün başlandığını elan etdi
Cihazlar+
16.05.2025
Emil Nəcəfov
Bugün Berlində keçirilən innovativ məhsulların təqdimat tədbirində Huawei “Gələcək bugündür” konsepsiyası çərçivəsində bir sıra yeni cihazlar və qabaqcıl texnologiyalarını təqdim etdi. Müasir texnologiya nailiyyətlərini zərif dizaynla birləşdirən Huawei, gələcəyin daha ağıllı və estetik baxış nöqtəsini formalaşdırır.

HUAWEI WATCH 5 - interaktiv imkanların inkişafında innovativ sıçrayış örnəyi
HUAWEI WATCH 5 geyilə bilən cihazlarla istifadəçi arasında smart əlaqədə inqilabi dəyişikliklər təqdim edir. Bu saatda yenilənmiş HUAWEI TruSense sistemi və çoxsensorlu X-TAP texnologiyası istifadə olunur ki, bu da sensorların paylanmış arxitekturaya əsaslanaraq işləməsi sayəsində baş verir. Bu tip təkmilləşdirmələr istifadəçilərə daha dəqiq, sürətli və detallı sağlamlıq qiymətləndirmələri aparmaq üçün sadəcə barmağın ucu ilə ölçmə imkanı açır. Həmçinin HUAWEI WATCH 5 modelində cihazla idarəetmə üçün iki yeni jest - “İkiqat sürüşdürmə” və “İkiqat toxunma” təqdim olunur. Ənənəvi rəng palitrasına əlavə olaraq, bu model daha zərif rəngdə — yeni bənövşəyi və qum rəngində təqdim olunur və bu rənglər cihazın həm innovativ, həm də premium dizaynını vurğulayır.

Yeni flaqman cihazlar: texnologiya və üslubun vəhdəti
Tədbirdə həmçinin HUAWEI WATCH FIT 4 seriyalı ağıllı saatlar, HUAWEI FreeBuds 6 qulaqlıqları və HUAWEI MatePad Pro 12.2” planşeti təqdim olundu.
HUAWEI WATCH FIT 4 saatları FIT seriyasının kvadrat dizayn ənənəsini qoruyaraq, “Hərəkətdə üslub” fəlsəfəsinə uyğun hazırlanıb – burada sağlam həyat tərzi və özünə qayğı ən ön plandadır. Cəmi 9.3 mm nazikliyində olan ultra-yüngül HUAWEI WATCH FIT 4 Pro peşəkar səviyyəli idman rejimləri təklif edir: kross qaçışı, 40 metrədək dərinliyə dalma və qolf, təkmilləşdirilmiş HUAWEI TruSense sistemi ilə fiziki aktivliyin daha intellektual və kompleksli monitorinqini təmin edir.

HUAWEI FreeBuds 6 - HUAWEI-in ikili maqnitli ötürücülərlə təchiz olunmuş və 2.3 Mbit/s sürətli itkisiz səs ötürülməsini dəstəkləyən ilk yarı-açıq tipli qulaqlıqlarıdır. Təkmilləşdirilmiş səs-küyün aradan qaldırılması texnologiyası və zərif damla formalı dizayn sayəsində bu qulaqlıqlar zəng zamanı Kristal-təmiz səs verir və sevimli musiqilərə tam dalmağa imkan yaradır.
HUAWEI MatePad Pro 12.2" 2025* planşeti Tandem OLED ekran və PaperMatte texnologiyası ilə təchiz olunub. Bu innovativ texnologiyalar sayəsində əks parıltı olmadan görüntü dəqiqliyi və parlaqlığı təmin olunur. Huawei Glide Keyboard klaviaturası və yenilənmiş “Bloknot” tətbiqi ilə birgə bu planşet “mobil ofis” anlayışının yeni üfüqlərini açır.
Fəallıq halqaları: aktiv həyatın hər anından zövq almağın yeni üsulu
Fitnes və idmana marağın artdığı dövrdə Huawei “Həyatı dolu yaşa” fəlsəfəsinə əsaslanan “Fəallıq halqaları” kampaniyasını açıq elan edir. Biləyə taxıla bilən cihazlarında 100-dən çox idman rejimini təklif edən Huawei, hər yaş və fiziki hazırlıq səviyyəsində olan istifadəçiləri sağlam və aktiv həyat tərzinə dəvət edir, bunu onların rahat və əlçatan formada etmələri üçün şərait yaradır.

IDC-nin son hesabatlarından birinə əsasən, 2024-cü ildə Huawei biləyə taxıla bilən cihazların tədarükü üzrə illik artım tempinə görə dünyada birinci yeri tutub və artıq altıncı ildir ki, Çin bazarında lider mövqeləri qoruyur. Huawei-in biləyə taxıla bilən cihazları dəbli olmaqla yanaşı sağlam həyat tərzində trend yaradan cihazlar olaraq qalır və biləyə taxılan ağıllı cihazlar dünyasında yüksək stil ikonuna çevrilib.
Linki kopyala
huawei watch fit 4
huawei watch fit 4 pro
huawei freebuds 6
huawei matepad pro 12.2 2025
huawei watch 5
huawei
Bənzər xəbərlər
Oxşar xəbərlər
Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
Huawei yeni Watch 5 ağıllı saatını təqdim edib. Ağıllı saat iki versiyada təqdim olunub. Birinci versiya 42 mm diametrli gövdəyə, ikinci versiya isə 46 mm diametrli gövdəyə sahibdir.
Huawei HarmonyOS-in kompüterlər üçün versiyası anons edilib

Huawei HarmonyOS-in kompüterlər üçün versiyası anons edilib
Huawei şirkəti HarmonyOS Computer Technology and Ecosystem Communication Conference adlı konfrans keçirib və bu konfrans çərçivəsində geniş ictimaiyyətə HarmonyOS əməliyyat sisteminin kompüterlər üçün nəzərdə tutulmuş versiyası rəsmi şəkildə anons olunub.
Təqdimata hazırlaşan Huawei Watch 5 ağıllı saatının render fotoları təqdim edilib

Təqdimata hazırlaşan Huawei Watch 5 ağıllı saatının render fotoları təqdim edilib
Huawei Watch 5 elan edildikdən qısa müddət sonra internetdə bu ağıllı saat modelinə aid insayder görüntülər yayımlanıb. Bu görüntülər cihazın müxtəlif gövdə rənglərindəki görünüşünü detallı şəkildə qiymətləndirməyə imkan verir.
Huawei Çinin qatlana bilən smartfon bazarının yarısını ələ keçirib

Huawei Çinin qatlana bilən smartfon bazarının yarısını ələ keçirib
Huawei təkcə Çində qatlana bilən smartfonlar bazarına dominantlıq etməklə kifayətlənmir, həm də liderliyini daha da möhkəmləndirir.
Orta büdcəli Huawei Enjoy 80 smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Huawei Enjoy 80 smartfonu təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti Enjoy 80 adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Şirkətin bu yeni orta büdcəli smartfonu böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir.
Həftənin xəbərləri

