main-post-cover

    Təqdimata hazırlaşan Huawei Watch 5 ağıllı saatının render fotoları təqdim edilib

    Cihazlar+
    29.04.2025
    Emil Nəcəfov
         Huawei Watch 5 elan edildikdən qısa müddət sonra internetdə bu ağıllı saat modelinə aid insayder görüntülər yayımlanıb. Bu görüntülər cihazın müxtəlif gövdə rənglərindəki görünüşünü detallı şəkildə qiymətləndirməyə imkan verir. Eyni zamanda, gələcək modelin təxmini qiyməti də məlum olub. 91mobiles saytı tərəfindən yayımlanmış renderlərə əsasən, cihaz fırlana bilən klassik tərzdə bir tənzimləyici (qurma başlığı şəklində) və uzunsov formalı fiziki düymə ilə təchiz olunacaq.
         Bu iki elementin arasında isə iki kontaktlı sensor panel yerləşəcək. Hələlik onun dəqiq təyinatı məlum deyil. Bu, həm tibbi sensor, həm də maqnitli enerji yığma sahəsi ola bilər. Saatlar bej, ağ, tünd yaşıl, qəhvəyi, mavi və qara rənglərdə təqdim olunub - həm metal qolbaqlarla, həm də parça və silikon kəmərlərlə birlikdə göstərilib. Görüntülərdəki ekran məzmununa inansaq, bu ağıllı saat fiziki göstəricilərin monitorinqi üçün bütün əsas funksiyaları dəstəkləyəcək. Qeyri-rəsmi məlumatlara görə bu yeni ağllı saatın qiyməti komplektdəki aksesuarın növü və ölçüsündən asılı olaraq 499 avrodan başlayacaq. Ağıllı saatın təqdimatı may ayına planlaşdırılıb.
    Mənbə: 91mobiles
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei Çinin qatlana bilən smartfon bazarının yarısını ələ keçirib
    huawei-cinin-qatlana-bilen-smartfon-bazarinin-yarisini-ele-kecirib
    Orta büdcəli Huawei Enjoy 80 smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-huawei-enjoy-80-smartfonu-teqdim-edilib-qiymeti
    Huawei dünyanın ilk 10 Gbit sürətli internetini istifadəyə verib
    huawei-dunyanin-ilk-10-gbit-suretli-internetini-istifadeye-verib
    Apple Çin bazarını itirməyə davam edir
    apple-cin-bazarini-itirmeye-davam-edir
    Süni zəka əsaslı nitq tərcüməsinə sahib Huawei Smart Glasses 2 ağllı eynəyi təqdim edilib - QİYMƏTİ
    suni-zeka-esasli-nitq-tercumesine-sahib-huawei-smart-glasses-2-aglli-eyneyi-teqdim-edilib-qiymeti