
İnsayderlər Huawei Mate XT-nin davamçısının təqdimat tarixini və qiymətini açıqlayıblar
Cihazlar+
31.07.2025
Emil Nəcəfov
Huawei şirkəti keçən il Huawei Mate XT adlı ilk üçqat qatlana bilən smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısını təqdim etməyə hazırlaşır. İnsayderlər şirkətin yeni üçqat qatlana bilən smartfonunun nə zaman təqdim olunacağını və hansı qiymətə satılacağını açıqlayıblar. Beləliklə insayderlərin sözlərinə əsasən yeni üçqat qatlana bilən smartfon Huawei Mate XT 2 əvəzinə Huawei Mate XTs adlanacaq. Məlumatda qeyd edilib ki, Huawei Mate XTs smartfonu 12 sentyabr tarixində Çində təqdim olunacaq. İnsayderlərin sözlərinə inansaq, smartfonun satış qiyməti 2785$ təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, birinci nəsil Huawei Mate XT-nin 16 GB RAM-a və 256 GB daxili yaddaşa sahib versiyası 2780$ satışa çıxmışdı.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar

HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar
10 iyul tarixində Huawei şirkəti mobil fotoqrafiya sahəsində yeni standartlar müəyyən edən innovativ funksiyalar və qabaqcıl texnologiyalarla təchiz olunmuş yeni flaqman smartfonlar seriyası HUAWEI Pura 80-i təqdim etdi.
Qatlana bilən Huawei Mate X7-nin texniki imkanları barəsində ilk məlumatlar verilib

Qatlana bilən Huawei Mate X7-nin texniki imkanları barəsində ilk məlumatlar verilib
Gözləntilərə əsasən Huawei şirkəti sentyabr ayında yeni qatlana bilən smartfonu Mate X7-ni təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən yeni qatlana bilən smartfonun texniki imkanları barəsində ilk məlumatları təqdim edib.
Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb

Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb
Dünya smartfon bazarına dair statistikanı təhlil etdikdən sonra IDC analitikləri keçmiş rüb üzrə Çin bazarının nəticələrini açıqlayıblar. Təxminən 4 ildən artıq fasilədən sonra Huawei Technologies şirkəti yenidən liderliyə yüksəlib.
Huawei 3000 km yürüş məsafəli yeni batareya hazırlayıb

Huawei 3000 km yürüş məsafəli yeni batareya hazırlayıb
Huawei sulfid əsaslı bərk batareya üçün patent alıb. Bu batareya 400-500 vatt·saat/kq enerji sıxlığına malikdir ki, bu da müasir elektromobil batareyaları ilə müqayisədə 2-3 dəfə yüksək göstəricidir.
Huawei son 10 il ərzində tədqiqat və inkişaf işlərinə təxminən 173.7 milyard dollar vəsait xərcləyib

Huawei son 10 il ərzində tədqiqat və inkişaf işlərinə təxminən 173.7 milyard dollar vəsait xərcləyib
Huawei Central resursunun qeyd etdiyinə görə, Huawei şirkətinin istehlak məhsulları bölməsinin rəhbəri Richard Yu, Pura 80 smartfon seriyasının təqdimat mərasimində etiraf edib ki, son 10 il ərzində şirkət tədqiqat və inkişaf işlərinə təxminən 173.7 milyard dollar vəsait xərcləyib və dünyanın müxtəlif ölkələrində 100 000-dən çox patent qeydiyyatdan keçirib.
Həftənin xəbərləri

