main-post-cover

    Huawei 3000 km yürüş məsafəli yeni batareya hazırlayıb

    Elm & Texnologiya
    08.07.2025
    Emil Nəcəfov
         Huawei sulfid əsaslı bərk batareya üçün patent alıb. Bu batareya 400-500 vatt·saat/kq enerji sıxlığına malikdir ki, bu da müasir elektromobil batareyaları ilə müqayisədə 2-3 dəfə yüksək göstəricidir. Şirkətin hesablamalarına görə, bu texnologiya bir dəfəlik enerji şarjı ilə 3000 km-dək məsafə qət etməyə və batareyanın 10%-dən 80%-ə qədər cəmi 5 dəqiqədən az vaxtda şarj olunmasına imkan verəcək. Texnologiyanın əsas hissəsi hazırda məxfi saxlanılır, çünki bərk batareyalar bazarında rəqabət getdikcə güclənir. Huawei patent sənədində qeyd edir ki, onun batareyasında sulfid elektrolitlərin azotla legirlənməsi üsulu istifadə olunur. Bu isə litiumla baş verə biləcək arzuolunmaz reaksiyaların qarşısını almağa kömək edir. Eyni zamanda, Huawei texnologiyanın əsas texniki detalları barədə məlumat vermir, çünki bu sahədə, xüsusən də kütləvi istehsal zamanı təhlükəsizliyin təmin olunması istiqamətində rəqabət getdikcə daha da kəskinləşir.
         Huawei gözləyir ki, onun yeni batareyası elektromobillərə bir dəfəlik şarj ilə 3000 km məsafə qət etməyə və 10%-dən 80%-ə qədər cəmi 5 dəqiqədən az müddətdə şarj etməyə  imkan verəcək. Bu, bütün elektromobil sənayesi üçün əsl irəliləyiş ola bilərdi. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu göstəricilər hələlik yalnız nəzəri xarakter daşıyır. Onların reallaşması uyğun şarj infrastrukturunun inkişafından asılı olacaq. Bununla belə, bu texnologiyanın perspektivləri və Huawei-nin bazara daxil olması artıq maraq doğurub və qlobal rəqiblər arasında narahatlıq yaradıb. Huawei öz brendi ilə avtomobil istehsal etmir, lakin avtomobil istehsalçıları ilə fəal əməkdaşlıq edir, qabaqcıl texnologiyalarını elektromobillərə - süni zəka sistemlərindən tutmuş batareya yeniliklərinə qədər - inteqrasiya edir. Xüsusilə, şirkət batareya üçün əsas komponentlərin hazırlanmasına yönəlib və bir müddət əvvəl yüksək keçiriciliyə malik, dəyəri bəzən qızıldan belə baha olan sulfid elektrolitlərin istehsalı üçün patent müraciəti edib.
         Son 10 il ərzində Toyota, Panasonic Samsung kimi sənaye nəhəngləri bərk batareyaların hazırlanmasına fəal şəkildə investisiya yatırıblar. 2023-cü ildə Toyota 1200 km yürüş məsafəsi və cəmi 10 dəqiqəyə şarj vəd edən prototipini nümayiş etdirdi. Şirkət bu texnologiyanı yaxın 5 il ərzində bazara çıxarmağı planlaşdırırdı. Eyni zamanda, Çin bu sahədəki fərqi sürətlə aradan qaldırmağa çalışır. Açıqlanan məlumatlara görə, Çin şirkətləri hər il bərk batareyalarla bağlı 7600-dən çox patent qeydiyyatdan keçirir ki, bu da qlobal patent aktivliyinin 36.7%-nə bərabərdir. Gözlənilir ki, Çin bu texnologiyanı bazara çıxaran ilk ölkələrdən biri olacaq. Məsələn, CATL 2027-ci ilə qədər hibrid bərk batareyaların pilot istehsalına başlamağı planlaşdırır. Lakin analitiklər xəbərdarlıq edirlər ki, real tətbiq müddətləri və texnoloji sıçrayışların nəticələri Çin şirkətlərinin bəyan etdiklərindən daha mülayim ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google DeepMind robotlara daxili nitq imkanını vermək istəyir
    google-deepmind-robotlara-daxili-nitq-imkanini-vermek-isteyir
    Çin istehsalı robot uzaq məsafədən distant idarə ilə steyk bişirə bilib
    cin-istehsali-robot-uzaq-mesafeden-distant-idare-ile-steyk-bisire-bilib
    Dyson gələcəyin çiyələk fermasını inşa edib (VİDEO)
    dyson-geleceyin-ciyelek-fermasini-insa-edib-video
    14 il ərzində deaktiv olmuş portmanatlardan 10 000 bitcoin göndərilib
    14-il-e
    Boeing ABŞ-ın nüvə silahının idarəsi üçün xüsusi peyklər hazırlayacaq
    boeing-abs-in-nuve-silahinin-idaresi-ucun-xususi-peykler-hazirlayacaq