main-post-cover

    iPhone 18-in hansı prosessoru əldə edəcəyi açıqlanıb

    Cihazlar+
    30.04.2025
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder gələcək iPhone modelləri - iPhone 17 iPhone 18 haqqında məlumat paylaşıb. O, Weibo səhifəsində bildirib ki, Apple 2026-cı ildə çıxacaq iPhone 18 modelini yüksək tutumlu 6 kanallı LPDDR5X RAM yaddaşla təchiz etməyi planlaşdırır. Bu da gələcək süni zəka funksiyaları və çoxtapşırıqlı əməliyyatlar üçün yaddaşın ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Gözlənilir ki, ötürmə qabiliyyətinin artması tətbiqlər arasında daha sürətli keçid, daha tez quraşdırılma, yüksək səviyyəli çoxtapşırıq rejimi və süni zəka imkanlarında ciddi artım təmin edəcək.
         Məhz bu sahələr Apple-ın Apple Intelligence adlı qlobal ekosistemi çərçivəsində aktiv inkişaf etdirdiyi əsas istiqamətlərdir. Digital Chat Station-un məlumatına görə, iPhone 18 smartfonu A20 Pro prosessoru ilə təchiz olunacaq və bu prosessor TSMC-nin üçüncü nəsil 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq. Lakin iPhone 18 hələ gələcəyin işidir. Hazırda Apple iPhone 17 modelləri üçün komplektasiya çatdırılması ilə bağlı problemləri həll etməlidir. Məlumata görə, iPhone 17 seriyasında bütün modellər üçün standart olaraq 12 GB RAM yaddaşı nəzərdə tutulur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple AirPlay dəstəkli milyonlarla cihaz sındırılma riski altındadır
    apple-airplay-destekli-milyonlarla-cihaz-sindirilma-riski-altindadir
    Apple Vision Air-in hazırlanma prosesi sürətləndirilib
    apple-vision-air-in-hazirlanma-prosesi-suretlendirilib
    Apple gələn il iPhone 17e-ni təqdim edib-etməyəcəyinə hələ qərar verməyib
    apple-gelen-il-iphone-17e-ni-teqdim-edib-etmeyeceyine-hele-qerar-vermeyib
    Apple AR funksiyalara sahib olmayacaq ağıllı eynək üzərində çalışır
    apple-ar-funksiyalara-sahib-olmayacaq-agilli-eynek-uzerinde-calisir
    iPhone 18 seriyasında bütün modellər 12 GB RAM-ı əldə edə bilərlər
    iphone-18-seriyasinda-butun-modeller-12-gb-ram-i-elde-ede-bilerler