
Kompakt ölçülü Xiaomi Pad Mini planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
25.09.2025
Emil Nəcəfov
Xiaomi şirkəti qlobal bazarda Pad Mini adlı kompakt ölçülü flaqman planşetini təqdim edib. Bu yeni planşet kompakt ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Xiaomi Pad Mini planşeti 165 Hz-lik təsvir yenilənməsinə sahib 3008x1880 piksel keyfiyyətli 8.8 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 700 nit təşkil edir. Ekran üstəlik stilus dəstəyinə sahibdir. Planşetin gövdə qalınlığı 6.46 mm, çəkisi isə 326 qram təşkil edir. Planşet MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Xiaomi Pad Mini özündə 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 67 vatt gücündə sürətli şarj texnologiyalı 7500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi Pad Mini artıq satışa çıxıb və onun qiyməti 435$-dan start götürür.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi 17, 17 Pro və 17 Pro Max təqdim olunub - QİYMƏTİ

Xiaomi 17, 17 Pro və 17 Pro Max təqdim olunub - QİYMƏTİ
Xiaomi şirkəti Çində Xiaomi 17 smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya 3 model daxil olub: Xiaomi 17, 17 Pro və 17 Pro Max. İlk öncə adi Xiaomi 17 modelinə nəzər yetirək. Bu model kompakt ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Xiaomi HyperOS 3-ün qlobal versiyasını anons edib

Xiaomi HyperOS 3-ün qlobal versiyasını anons edib
Xiaomi şirkəti Android 16 əsasında hazırlanan HyperOS 3 əməliyyat sisteminin stabil versiyasının qlobal miqyasda istifadəyə veriləcəyini təsdiqləyib.
REDMI Pad 2 Pro planşeti təqdim olunub - QİYMƏTİ

REDMI Pad 2 Pro planşeti təqdim olunub - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi qlobal bazarda yeni planşetini təqdim edib. Söhbət, REDMI Pad 2 Pro-dan gedir. Bu yeni planşet böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Xiaomi 15T və 15T Pro təqdim edilib - QİYMƏTİ

Xiaomi 15T və 15T Pro təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti qlobal bazarda Xiaomi 15T smartfon seriyasını təqdim edib. Bu yeni smartfon seriyasına 2 model daxil olub: Xiaomi 15T və 15T Pro. Xiaomi-nin bu yeni 2 smartfonu həm xarici görünüşcə həm də bəzi texniki imkanlar baxımından bir-birinə bənzəyir.
Xiaomi 17-nin rəsmi fotoları təqdim edilib

Xiaomi 17-nin rəsmi fotoları təqdim edilib
Xiaomi artıq rəsmi şəkildə elan edib ki, Xiaomi 17 smartfon seriyası 25 sentyabr tarixində təqdim olunacaq. Bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, 17 Pro və 17 Pro Max.
Həftənin xəbərləri

