
Xiaomi HyperOS 3-ün qlobal versiyasını anons edib
Proqram Təminatı
25.09.2025
Emil Nəcəfov
Xiaomi şirkəti Android 16 əsasında hazırlanan HyperOS 3 əməliyyat sisteminin stabil versiyasının qlobal miqyasda istifadəyə veriləcəyini təsdiqləyib. Yayım oktyabrda başlayacaq və onlarla smartfon və planşeti əhatə edəcək, həmçinin yeni sistemin xüsusi versiyası taxıla bilən cihazlar üçün də təqdim olunacaq. Yeniləmələrin tam dövrü 2026-cı ilin mart ayına qədər davam edəcək. Keçən ayın sonunda bu əməliyyat sistemi Çində nümayiş olunmuşdu və artıq Xiaomi 15 də daxil olmaqla 10-dan çox cihaz onun beta versiyasına çıxış əldə edib. Qlobal bazarda HyperOS 3-ün stabil versiyasının oktyabrda istifadəyə veriləcəyi bildirilib, lakin Xiaomi dəqiq tarixləri açıqlamayıb.

İlk olaraq bu sistemi Xiaomi 15T və Xiaomi 15T Pro smartfonları, Watch S4 41 mm ağıllı saatı, Smart Band 10 Glimmer Edition ağıllı qolbağı, eləcə də Redmi Pad 2 Pro və Xiaomi Pad Mini planşetləri əldə edəcəklər. Bu cihazlar artıq əvvəlcədən quraşdırılmış HyperOS 3 ilə təqdim ediləcək. Həmçinin oktyabr və noyabr aylarında Xiaomi 15 və 15 Ultra flaqman smartfonları, qatlana bilən qapaqlı MIX Flip modeli, Redmi Note 14 seriyası smartfonları, POCO F7 və POCO X7, eləcə də Smart Band 10 ağıllı qolbağı HyperOS 3 yeniləməsini əldə edəcəklər. Noyabr-dekabr ayları ərzində isə ötən ilki flaqmanlar - Xiaomi 14 və 14T seriyaları, həmçinin müxtəlif REDMI və POCO modelləri üçün yeniləmə təqdim olunacaq. Daha köhnə smartfon və planşetlərin, o cümlədən Xiaomi 12 və 13 istifadəçiləri isə mart ayına qədər gözləməli olacaqlar. Ümumilikdə Xiaomi 50-dən çox smartfon modelini və onlarla yanaşı bir neçə planşeti HyperOS 3-ə yeniləyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
REDMI Pad 2 Pro planşeti təqdim olunub - QİYMƏTİ

REDMI Pad 2 Pro planşeti təqdim olunub - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi qlobal bazarda yeni planşetini təqdim edib. Söhbət, REDMI Pad 2 Pro-dan gedir. Bu yeni planşet böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Xiaomi 15T və 15T Pro təqdim edilib - QİYMƏTİ

Xiaomi 15T və 15T Pro təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti qlobal bazarda Xiaomi 15T smartfon seriyasını təqdim edib. Bu yeni smartfon seriyasına 2 model daxil olub: Xiaomi 15T və 15T Pro. Xiaomi-nin bu yeni 2 smartfonu həm xarici görünüşcə həm də bəzi texniki imkanlar baxımından bir-birinə bənzəyir.
Xiaomi 17-nin rəsmi fotoları təqdim edilib

Xiaomi 17-nin rəsmi fotoları təqdim edilib
Xiaomi artıq rəsmi şəkildə elan edib ki, Xiaomi 17 smartfon seriyası 25 sentyabr tarixində təqdim olunacaq. Bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, 17 Pro və 17 Pro Max.
Xiaomi 17 smartfon seriyasının təqdimat tarixi rəsmi şəkildə açıqlanıb

Xiaomi 17 smartfon seriyasının təqdimat tarixi rəsmi şəkildə açıqlanıb
Xiaomi şirkəti bir neçə müddət bundan öncə Xiaomi 17 smartfon seriyasının bu ayın sonuna kimi təqdim edəcəyini açıqlasa da, dəqiq təqdimat tarixini elan etməmişdi.
Xiaomi 17 Pro modellərindəki köməkçi ekranın necə çalışacağı sərgilənib (VİDEO)

Xiaomi 17 Pro modellərindəki köməkçi ekranın necə çalışacağı sərgilənib (VİDEO)
Xiaomi bu ayın sonuna kimi Xiaomi 17 smartfon seriyasını təqdim etməlidir. Artıq məlumdur ki, bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max.
Həftənin xəbərləri

