main-post-cover

    M3 Ultra prosessorlu Apple Mac Studio təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.03.2025
    Emil Nəcəfov
         Apple elan həftəsini davam etdirərək yenilənmiş Mac Studio masaüstü kompüterini təqdim edib. Bununla yanaşı, şirkətin ən güclü özünəməxsus prosessoru olan M3 Ultra da yeni Mac Studio ilə birlikdə təqdim olunub. Yeni Apple M3 Ultra 28 nüvəli mərkəzi prosessor, 60 nüvəli qrafik prosessor və 32 nüvəli neyron çipini özündə birləşdirir. Şirkət əməkdaşlarının sözlərinə görə, bu prosessor M1 Ultra-dan 2.6 dəfə, M2 Ultra-dan isə 1.5 dəfə daha sürətlidir.
         M3 Ultra 512 GB-a qədər UM-u (Unified Memory) dəstəkləyir ki, bu da bütün mövcud fərdi kompüterlər arasında ən yüksək göstəricidir. Prosessorun məlumatları maksimal ötürmə qabiliyyəti isə 800 GB/s-dən çoxdur. Bundan əlavə, M3 Ultra 160 milyondan çox pikselə malik səkkiz Pro Display XDR monitorunu dəstəkləyir. Yeni nəsil Mac Studio xarici görünüşcə əvvəlki modeldən fərqlənmir - bütün dəyişikliklər daxildə edilib.
         Kompüter 14 nüvəli M4 Max və ya 28 nüvəli M3 Ultra prosessoru ilə təklif olunur. Bundan əlavə, 96 GB-a qədər RAM 16 TB-a qədər SSD ilə təchiz edilib. Bundan başqa, girişlər yenilənərək 120 Gbit/s-ə qədər ötürmə qabiliyyətinə malik ən müasir Thunderbolt 5 texnologiyasına uyğunlaşdırılıb. Yenilənmiş Mac Studio 12 mart tarixində satışa çıxacaq. Onun M4 Max prosessoruna sahib versiyasının qiyməti 1999$-dan, M3 Ultra prosessoruna sahib versiyasının qiyməti isə 3999$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    M4 prosessorlu MacBook Air təqdim edilib - QİYMƏTİ
    m4-prosessorlu-macbook-air-teqdim-edilib-qiymeti
    Donald Trump-ın fəaliyyəti texnoloji şirkətlərin böyük həcmdə bazar dəyərini itirmələrinə səbəb olub
    donald-trump-in-fealiyyeti-texnoloji-sirketlerin-boyuk-hecmde-bazar-deyerini-itirmelerine-sebeb-olub
    Apple Britaniyanın iCloud-da backdoor yerləşdirilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edib
    apple-britaniyanin-icloud-da-backdoor-yerlesdirilmesi-telebi-ile-bagli-mehkemeye-muraciet-edib
    11-ci nəsil adi iPad təqdim edilib - QİYMƏTİ
    11-ci-nesil-adi-ipad-teqdim-edilib-qiymeti
    iPad Air 2025 planşeti təqdim edilib - QİYMƏTİ
    ipad-air-2025-planseti-teqdim-edilib-qiymeti