main-post-cover

    Məşhur analitik Apple Vision Air barəsində bəzi təfərrüatları təqdim edib

    Cihazlar+
    03.09.2025
    Emil Nəcəfov
         Apple Vision Pro cihazını məşhurlaşdırmaq cəhdlərindən imtina etmir. Hazırda bu məhsul həddindən artıq yüksək - 3500$-lıq qiyməti və aydın olmayan təyinatı səbəbindən uğursuz hesab olunur. Şəbəkədə artıq bu cihazın Air versiyası barədə məlumatlar yayılmışdı, lakin şirkətin onun istehsalını təxirə saldığı deyilirdi. Çinli analitik və insayder Ming-Chi Kuo Apple Vision Air haqqında yeni məlumat paylaşıb.
         O bildirib ki, cihazın 2027-ci ildə satışa çıxarılması planlaşdırılır və o, mövcud modeldən 40% yüngül, qiyməti isə 50%-dən çox ucuz olacaq. Azaldılmış çəki cihazdan istifadənin daha rahat olmasına imkan verəcək, 1750$-lıq qiymət isə əlavə alıcıları cəlb etməlidir. Məhsulun qiymətini azaltmaq üçün istehsalçı Vision Air-in istehsal xərclərini aşağı salacaq. İstisna deyil ki, cihaz daha aşağı keyfiyyətli ekranlar, daha az mövqe izləmə kamerası ilə təchiz olunacaq və EyeSight funksiyasını dəstəkləməyəcək. Ming-Chi Kuo proqnozlaşdırır ki, 2027-ci ildə Vision Air-in istehsal həcmi 1 milyon ədədə çatacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta Apple-ın robototexnika sahəsindəki ən böyük mütəxəssisini özünə cəlb edib
    meta-apple-in-robototexnika-sahesindeki-en-boyuk-mutexessisini-ozune-celb-edib
    Google ödənişlə öz həllərinin Apple və digər şirkətlərin cihazlarında starndart istifadəsini davam etdirəcək
    google-odenisle-oz-hellerinin-apple-ve-diger-sirketlerin-cihazlarinda-starndart-istifadesini-davam-etdirecek
    Apple bir neçə MacBook Air modelini köhnəlmiş, iPhone 8 Plus smartfonunu isə vintaj cihazlar siyahısına daxil edilib
    apple-bir-nece-macbook-air-modelini-kohnelmis-iphone-8-plus-smartfonunu-ise-vintaj-cihazlar-siyahisina-daxil-edilib
    Ağıllı saat bazarında Huawei Apple-ı geridə qoyaraq dünya liderinə çevrilib
    agilli-saat-bazarinda-huawei-apple-i-geride-qoyaraq-dunya-liderine-cevrilib
    Apple iPhone 17-nin rəsmi təqdimat tarixini açıqladı
    apple-iphone-17-nin-resmi-teqdimat-tarixini-aciqladi